Nino Salukvadze: Azərbaycan öz qüdrətini, iqtisadi imkanlarını təşkilatçılıq bacarığını dünyaya göstərdi

 

 

Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə öz qüdrətini, iqtisadi imkanlarını, təşkilatçılıq bacarığını bütün dünyaya göstərdi.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində “Bakı-2015” ilk Avropa Oyunlarının iştirakçısı, Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, güllə atıcılığı üzrə beşqat dünya çempionu, dəfələrlə Avropa çempionu Nino Salukvadze söyləyib.

N.Salukvadze deyib: “Bakı-2015” ilk Avropa Oyunlarında oğlumla birlikdə iştirak etdik. Medal qazana bilməsək Oyunlarda iştirakdan, hər gün gözəlləşən Azərbaycanı görməkdən çox şadıq. Oyunların açılış bağlanış mərasimləri, Olimpiya kəndində idmançılara yaradılmış şərait təkcə gürcü idmançılarını deyil, digər ölkələrdən gəlmiş həmkarlarımı da valeh etmişdi. Avropa ölkələrindən gələn bəzi idmançılar özləri ilə yemək gətirmişdilər. Lakin onlar Azərbaycan mətbəxinin təamlarından daddıqdan sonra gətirdikləri yeməklərdən istifadə etmədilər. Bir sözlə Azərbaycanda hər şey gözəl idi. Bu ayın sonlarında Gürcüstanda Avropa gənclər festivalı keçiriləcək. İnanmıram ki, biz o cür tədbir təşkil edə bilək. Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu cür təşkilatçılıqla dünyaya sübut etdi ki, nəinki Avropa Oyunlarını, hətta daha böyük tədbirləri keçirməyə qadirdir. Bir sözlə, Azərbaycan tarixin daha bir çətin sınağından üzü çıxdı”.

Azərbaycanın yüksək inkişafı, idmana göstərilən diqqət qayğı, xalqın qonaqpərvərliyi, bütün dünya dövlətləri üçün nümunədir”, - deyə, beşqat dünya çempionu N.Salukvadze vurğulayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2015.- 7 iyul.- S. 5.