Şəkiİpək Yolu” VI Beynəlxalq musiqi festivalı uğurla başa çatıb

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 1-də başlayan Şəkiİpək Yolu” VI Beynəlxalq musiqi festivalı uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, iyulun 5-də axşam Şəki şəhərindəki Yay teatrında festivalın təntənəli bağlanış mərasimi olub.

Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfoniettaorkestri maraqlı konsert proqramı ilə çıxış edib.

Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Cavad Tağızadənin təşəbbüsü ilə 2004-cü ildə yaradılan bu orkestrin formalaşmasında Xalq Artisti, professor Zəhra Quliyeva professor Nəzmiyyə Abbaszadənin xüsusi əməyi olub. Orkestr əsasən beynəlxalq müsabiqələr laureatlarından təşkil edilib. Yaranmasından az müddət keçməsinə baxmayaraq, kollektiv bir neçə uğurlu konsertlər verib, musiqi ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib.

Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin bədii rəhbəri baş dirijoru olduğu “Baku Sinfoniettaorkestrinin repertuarına Azərbaycan dünya bəstəkarlarının əsərləri daxildir.

Orkestrin ifa etdiyi musiqi parçaları, solistlər - əməkdar artist Sahib Paşazadənin (tar), Gülşən Eyvazova-Nəsibovanın (qanun), Samir Əsədovun (violin) İsrafil Rəsulovun (truba) solo ifaları, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solistləri - əməkdar artistlər Fərid Əliyev Afaq Abbasovanın virtuoz ifaları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Festivalın bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək şəhər sakinləri adından Şəkiİpək Yolu” VI Beynəlxalq musiqi festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.

Festivalın bədii rəhbəri Firəngiz Əlizadə bu gecə Azərbaycanın qədim diyarı olan Şəkidəki Yay teatrında daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, musiqi bayramının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın iştirakçıları musiqiçilər adından şəhər rəhbərliyinə təşəkkürünü bildirib.

Bağlanış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov son altı ildə Şəkidə Azərbaycan musiqisinin çox gözəl bir tarixinin yazıldığını bildirib. Vurğulanıb ki, Böyük İpək Yolu üzərində yerləşən, dünya ölkələri arasında ticarət mədəni əlaqələrin yaranmasında önəmli rol oynayan Şəkidə keçirilən bu festival Azərbaycanın musiqi tarixinin parlaq səhifəsidir.

Mərasimin sonunda Şəkiİpək Yolu” VI Beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın bədi rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadəyə festivalın rəmzi simvolu təqdim olunub.

Bundan əlavə, bağlanış mərasimindəki uğurlu çıxışına görə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfoniettaorkestri, festivalın televiziya yayımının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti festival çərçivəsində keçirilən konsertlərin operativ şəkildə işıqlandırılmasını təmin etdiyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC festivalın rəmzi simvolu ilə mükafatlandırılıb.

Bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 7 iyul.- S. 7.