Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 245                                    Bakı şəhəri, 25 iyun 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmişİnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 13.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 290; 2010, № 2, maddə 162) ilə təsdiq edilmişİnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın 7.1-ci bəndindən “, habelə onların ya insan alveri qurbanlarının yazılı sorğusu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyisözləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 8 iyul.- S. 1.