Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
246 Bakı şəhəri,
25 iyun 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu
il 11 avqust tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi
Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 13.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 676) ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 6.1-ci bənddə “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nda sözləri “qüvvədə olan “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nda” sözləri ilə əvəz edilsin.
2. 6.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.8. İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 8 iyul.- S. 1.