İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib

 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, dövlət idarəetməsində ictimai iştirakçılığın geniş tətbiqinə xüsusi önəm verilir.

Bu məqsədlə 2006-cı ildən ədliyyə naziri yanında tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət formalaşdırılan İctimai Komitə uğurla fəaliyyət göstərir.İctimai iştirakçılıq haqqındaAzərbaycan Respublikası Qanununun qəbul olunması vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan verib, İctimai Komitənin səlahiyyətləri həmin Qanuna uyğun olaraq daha da genişləndirilib, o cümlədən səlahiyyət müddəti artırılıb Komitə ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlərə fəal cəlb olunur.

Ötən dövrdə Komitə tərəfindən penitensiar müəssisələrə 315-dən artıq başçəkmə həyata keçirilərək məhkumların saxlanma şəraiti islah prosesinə xüsusi diqqət yetirilib, müvafiq tövsiyələr verilib, 1600-ə yaxın məhkuma müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərilib.

Həmçinin ədliyyə fəaliyyətinə dair tədbirlərdə, o cümlədən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işində, nazirlikdə fəaliyyət göstərən daimi monitorinq qrupu ilə birgə ədliyyə orqanlarında məhkəmələrdə keçirilən tədbirlərdə, o cümlədən ictimai rəyin öyrənilməsində, eləcə kollegiya iclaslarında, konfrans seminarlarda, “açıq qapıgünlərində, habelə qulluğa qəbulla bağlı müsabiqələrdə (test imtahanı söhbət mərhələsində) QHT nümayəndələrinin yaxından iştirakı təşviq olunur.

İctimai Komitəninİctimai iştirakçılıq haqqındaQanuna uyğun olaraq səlahiyyət müddəti iki ildir bu müddətin cari ilin iyununda başa çatması ilə əlaqədar nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən digər tanınmış şəxslərdən ibarət Seçki Komissiyası ilə Komitə üzvlərinin hesabat görüşü keçirilib, qurumun fəaliyyəti təhlil edilərək qiymətləndirilib. Həmçinin mətbuatda müsabiqə elan olunaraq müvafiq sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları hüquq müdafiəçiləri Komitənin fəaliyyətində iştiraka dəvət olunub Komissiya tərəfindən öz proqram təklifləri ilə müraciət edən namizədlər arasında seçim aparılaraq Komitənin tərkibi yenidən formalaşdırılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 7-də Komitənin yeni tərkibdə ilk iclası keçirilib, son iki illik fəaliyyəti dövründə görülmüş işlər qarşıda duran vəzifələr müzakirə olunub. Demokratiya İnsan Hüquqları Komitəsinin sədri, Milli Məclisin deputatı Çingiz Qənizadə qurumun əlaqələndiricisi seçilib.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısı İlham Əliyevin respublikamızda həyata keçirilən proseslərdə, dövlət orqanlarının fəaliyyətində ictimai nəzarətə müstəsna əhəmiyyət verdiyini, ictimaiyyəti daha fəal olmağa çağırdığını vurğulayaraq bildirib ki, ədliyyə sistemində aşkarlığın genişləndirilməsi, ictimai etimadın yüksəldilməsi, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi daim diqqətdə saxlanılır, bu sahədə ictimai iştirakçılıq geniş tətbiq olunur.

Nazir ədliyyə fəaliyyətində səmərəli ictimai nəzarət mexanizmi kimi İctimai Komitənin mühüm rolunu vurğulayaraq ədliyyənin müxtəlif sahələri üzrə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib.

Komitə üzvləri Ədliyyə Nazirliyinin fəaliyyətində aşkarlığa şəffaflığa xüsusi önəm verilməsini, ictimaiyyət üçün açıqlığını qeyd edərək bu sahədə vətəndaş məmnunluğuna xidmət edən məqsədyönlü islahatların şahidi olduqlarını qeyd edib, Komitənin ədliyyənin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyətdə iştiraka cəlb olunmalarından məmnunluqlarını ifadə edərək bu sahədə görülən mühüm işlərə töhfə verməyə hazır olduqlarını vurğulayıb, konkret təkliflər irəli sürüblər.

Sonda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edib uğurlu fəaliyyət arzulayıb.

 

Azərbaycan.- 2015.- 8 iyul.- S. 5.