ADA Universitetində 9-cu Bakı Yay Enerji Məktəbinin rəsmi açılışı olub

 

ADA Universitetində Xəzər Enerji Ətraf Mühit Mərkəzi ilə SOCAR-ın birgə təşkil etdiyi 9-cu Bakı Yay Enerji Məktəbinin rəsmi açılışı olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, builki yay məktəbində 17 ölkənin enerji mütəxəssisləri iştirak edirlər.

Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov məktəb iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıblar.

Rektor Hafiz Paşayev bildirib ki, Xəzər hövzəsində neft qaz hasilatı, eləcə bölgədə enerji təhlükəsizliyi ilə bilavasitə məşğul olan hökumət fərdi sektorun yüksək rəsmilərinin çıxış etdiyi Yay Enerji Məktəbi son illər beynəlxalq mütəxəssislər arasında tanınmağa, siyasi, elmi işgüzar dairələrin nümayəndələrini cəlb etməyə başlayıb.

Vitse-prezident Xaliq Məmmədov isə Azərbaycanın dünya neft qaz hasilatında tarixi rolundan danışıb, Bakının neft sənayesində təkcə tətbiqi deyil, elmi mərkəz kimi özünü təsdiq etdiyini diqqətə çatdırıb. O bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu enerji strategiyası nəticəsində Xəzərin Azərbaycan sektorunda yeni yataqlar açılıb, ölkənin enerji təhlükəsizliyi təmin olunub, region ölkələri enerji təhlükəsizliyində Azərbaycan kimi etibarlı təchizatçı qazanıb.

İki həftə ərzində məktəb iştirakçıları enerji sahəsinin siyasi iqtisadi əsasları, hüquqi bazası, o cümlədən enerji xarici siyasət, enerji ətraf mühit kimi mövzularda mühazirələr dinləyəcək, interaktiv məşğələlərdən yararlanacaqlar.

Qeyd edək ki, ADA Universitetinin Bakı Yay Enerji Məktəbində son səkkiz il ərzində 350 yerli beynəlxalq enerji mütəxəssisi məzun olub.

 

Azərbaycan.- 2015.- 8 iyul.- S. 5.