Britaniyalı siyasətçilərdən “Chatham House” İnstitutuna etiraz

 

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Londonda yerləşən “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda keçiriləcək tədbirə dəvət olunması heç bir məntiqə sığmır.

Lord Kilklunu Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bəyan edib ki, əslində, həmin tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağın bir milyona yaxın məcburi köçkün düşmüş azərbaycanlı icmasının üzvləri dəvət olunmalı idi. Məhz bu insanların mövqeyi daha çox önəm kəsb edir, nəinki onları öz yurd-yuvalarından didərgin salanlar. “DQR” rejimininbaşçısıSaakyan beynəlxalq ictimaiyyət tərəfindən tanınmır.“Chatham House” un onu bu cür dəvət etməsi öz statusuna xələl gətirir ona layiq olmadığı legitimlik səviyyəsini qazandırır.

Artıq BMT Təhlükəsizlik Şurasının Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dörd qətnaməsi var onlara əməl olunmasının vaxtı çatıb”, – deyə Lord Kilkluni vurğulayıb.

Böyük Britaniya parlamentinin üzvü Stefan Hepbörn Lord Kilkluninin fikirlərinə şərik çıxıb. S.Hepbörn bildirib ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın “Chatham House” İnstitutuna dəvət olunması yolverilməzdir. Onun qondarma rejimi dünyadakı heç bir dövlət tərəfindən tanınmayıb Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ əməl olunmur.

Stefan Hepbörn deyib: “B.Saakyan Böyük Britaniyada istənilmir mən “Chatham House” dan xahiş edirəm ki, onu dəvət etmək barədə yenidən düşünsün”.

 

Azərbaycan.- 2015.- 8 iyul.- S. 6.