Enerji resurslarının effektivliyi

 

Dəyəri ən ucuz, ekoloji cəhətdən ən sərfəli alternativ enerji qənaət olunandır

 

1973-cü il enerji böhranı bütün inkişaf etmiş ölkələri enerji resurslarından qənaətlə istifadə etməyə alternativ enerji mənbələrinin tədqiqatı haqqında düşünməyə vadar etdi. Ərəb ölkələrinin ABŞ onun tərəfdaşlarına neft ixracına embarqo qoyması nəticəsində neftin bir barelinin qiyməti 3 dollardan 12 dollara qədər yüksəlmişdi. Araşdırmalardan məlum olmuşdu ki, dünya iqtisadiyyatında enerji resurslarının 40 faizə qədəri sənayenin, 40 faizə qədəri binaların (evlər, ofislər, ticarət mərkəzləri s.), qalan 20 faizi isə nəqliyyat s. sektorların payına düşür. Digər tərəfdən, binalarda istifadə olunan enerji resurslarının təxmini 85 faizi onların qızdırılmasına soyudulmasına sərf olunur.

Sənayedə faydalı əmsalı yüksək olan texnologiyaların tətbiqi, binalarda enerji itkisinin qarşısını almaq sahəsində görülən izolyasiya tədbirləri nəqliyyatda mühərrikinin həcmi daha kiçik olan maşınlara üstünlük verilməsi öz nəticəsini verirdi. Belə ki, 2004-cü ilin araşdırmalarına görə, 1973-cü ildən bu tədbirlərin görülməsi nəticəsində enerji resurslarının istehlakı, tədbirlər görünməmiş haldakı istehlak olunacaq miqdara nisbətən 56 faiz az idi. Bu isə külli miqdarda vəsaitə qənaət atmosferə atılan karbon qazının azalması deməkdir.

Dünyada atmosferə buraxılan karbon qazının 24 faizi binaların payına düşür. Binaların izolyasiyasına çəkilən xərclər çox qısa zamanda geri dönməyə başlayır 3-4 ildə bu proses tamamlanır. Müxtəlif ölkələrdə aparılan təcrübələr göstərir ki, binaların çöl divarlarının, dam döşəməsinin izolyasiyasını, həmçinin qapı pəncərələrini mövcud standartlara uyğunlaşdırmaqla istifadə olunan enerji resurslarını 50 faizdən çox azaltmaq mümkündür. Bu sahədə qarşıya çıxan əsas problem maliyyə mənbələrinin formalaşdırılması mexanizmidir. Bununla bağlı ABŞ, Avropa İttifaqı ölkələrinin Türkiyənin təcrübəsi maraqlıdır.

ABŞ-da bu məqsədlə bir çox proqramlar həyata keçirilir. 2009-cu ildə qəbul olunmuş bu gün davam edən proqrama toplam 90 milyard dollar vəsait ayrılmışdır. Bunun 5 milyard dolları yalnız binaların üz divarlarının izolyasiyası üçün nəzərdə tutulmuşdur. Gəlir səviyyəsi aşağı olan insanların yaşadığı evlərin hər birinin enerji effektivliyini artırmaq üçün 6500 dollar yardım planlaşdırılmışdır.

Avropa Birliyi ölkələrinin proqramı isə sənayenin inkişaf sürətinin artımından yaranan ildə 2 faiz enerji tələbatının artmasına baxmayaraq, 2020-ci ilə qədər enerji resurslarından istifadəni 20 faiz azaltmağı nəzərdə tutur. Bu isə ildə 100 milyard avroya qənaət etməyə imkan verəcək, digər tərəfdən isə atmosferə atılan CO2 qazının miqdarı 780 milyon ton azalmış olacaq. Bu proqramın həyata keçirilməsi nəticəsində AB-i ölkələrinin enerjiyə olan tələbatının 2020-ci ildə 2000-ci ildəki, 2030-cu ildə isə 1990-cı ildəki səviyyəyə düşəcəyi gözlənilir.

Türkiyədə bu sahədə ciddi addımlar atılır. Qardaş ölkədə binaları qızdırma soyutma məqsədi ilə ildə təqribən 28 milyard dollarlıq enerji resursları sərf olunur. Amma bu miqdarın yarısı izolyasiya işlərinin müasir tələblərə uyğun olmaması nəticəsində itkiyə gedir. Odur ki, 2017-ci ilə qədər bütün binaların enerji pasportu alması məcburidir. Türkiyədə, həmçinin 2010-2023-cü illəri əhatə edən proqram hazırlanmışdır. Həmin proqrama əsasən, 2023-cü ilə qədər 10 milyon mənzilin istilik izolyasiya işlərinin tamamlanması nəzərdə tutulur. Bu, ildə 14 milyard dollara qənaət etməyə imkan verəcək.

Ölkəmizdə bu sahədə görüləcək çox böyük işlər var. Hesablamalar göstərir ki, istilik itkisi panel binaların divarlarında normativdən 9-10, eni 40 sm olan kərpic divarlarda isə 2,5-3 dəfə çoxdur. Deməli, binaların izolyasiya işləri ölkəmizə qənaət baxımından ən çox gəlir gətirə biləcək sahələrdən biri bəlkə birincisidir. Bütövlükdə götürdükdə binalarda izolyasiya işlərinin standartlara uyğun şəkildə tətbiq olunması çox vacib məsələdir. İşin keyfiyyətinə təsir edən faktorlar isə bu göstəricilərdən asılıdır: texniki göstəriciləri görüləcək işə uyğun olan materialın düzgün seçilməsi, seçilmiş materialın keyfiyyəti, materialın qalınlığının düzgün hesablanması, işi görəcək insanın bu sahədə bilikli olması texnologiyaya düzgün əməl etməsi.

Bu sahədə maarifləndirmə işlərinə ehtiyac var. Binaların tam izolyasiya edilməsi texnologiyası, istilik izolyasiya qatının binanın divarı, damı döşəməsi üçün materialdan asılı olaraq hansı qalınlıqda olmasının hesablanması, seçilmiş materialdan asılı olaraq buxar izolyasiyası qatının tətbiqi, havalandırma mexanizminin tətbiqi, düzgün hidro izolyasiya işləri s. layihədə göstərilməli tətbiqinə xüsusi hazırlıqlı mütəxəssislər tərəfindən nəzarət edilməlidir.

Mansard qatında damın istilik izolyasiyası zamanı buxar keçirən istilik izolyasiyası materialının buxar izolyasiya qatı olmadan tətbiqi ya əksinə, buxar keçirməyən istilik izolyasiyası üzərində buxar izolyasiya qatının olması hallarına tez-tez təsadüf olunur. İstilik izolyasiya qatının qalınlığının təbəqələrin düzgün seçilməməsi şeh nöqtəsinin divarın içərisinə düşməsi ilə nəticələnə bilər ki, bu da binanın konstruksiyasına ciddi ziyan vurur, enerji resurslarının itkisinə səbəb olur, binanın istismar müddətini azaldır. Yəni binanın izolyasiyası elə layihələndirilməlidir ki, həm istilik keçirmə müqaviməti normativə uyğun olsun, həm şeh nöqtəsi yaranmasın.

 

Zakir MƏMMƏDOV,

izolyasiya sahəsi üzrə mütəxəssis

 

Azərbaycan.- 2015.- 8 iyul.- S. 7.