Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 250                                                Bakı şəhəri, 1 iyul 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmişNəzarət markasının forması, uçotu, istifadəsi verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası PrezidentininDini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanının 1.3-cü bəndinin Dərman vasitələri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli 497 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 744) ilə təsdiq edilmişNəzarət markasının forması, uçotu, istifadəsi verilməsi Qaydaları”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.  5.14-cü bəndətəsdiq edən sənədinsözlərindən sonraaidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yasözləri əlavə edilsin.

2. 5.16-cı bəndə “13.3-cü maddəsinə,” sözlərindən sonraDərman vasitələri haqqındaAzərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə Dini etiqad azadlığı haqqındaAzərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 4-cü hissəsinəsözləri müəyyən olunmuş məbləğdəsözlərindən sonramüvafiq olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sözləri əlavə edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 1.