Azərbaycan milli mətbuatı-140: inkişaf yolu müasir dövrün çağırışlarımövzusunda növbəti konfrans Qəbələdə keçirilib

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı iləAzərbaycan milli mətbuatı-140: inkişaf yolu müasir dövrün çağırışlarımövzusunda regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakıda bölgələrdə fəaliyyət göstərən 25-ə yaxın qəzetin redaktorları, ətraf rayonların icra hakimiyyətlərinin məsul əməkdaşları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.

Qafqaz Resorteotelində keçirilən regional konfransı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev açaraq, milli mətbuatımızın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərənƏkinçiqəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı demokratikləşməsi istiqamətində görülən işlərdən bəhs edən Ərəstun Mehdiyev bildirib ki, 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan cəmi 56 nömrəsi çıxanƏkinçihəm dövrün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı carçısı olub, ziyalıları vahid azərbaycançılıq ideyası ətrafında birləşdirərək bir araya gətirib.

Ölkəmizdə KİV nümayəndələrinə göstərilən dövlət qayğısından, son illər medianın inkişafı istiqamətində görülən işlərdən bəhs edən Ərəstun Mehdiyev milli mətbuatın yubileylərinin keçirilməsini ölkə rəhbərliyinin jurnalistlərə böyük diqqəti kimi dəyərləndirib. Azərbaycanda mətbuatın inkişafı üçün bütün lazımi addımların atıldığını deyən Ərəstun Mehdiyev görülən işlər nəticəsində regionlarda da mətbuatın inkişaf etdiyini, peşəkar kadrların yetişdiyini vurğulayıb. O bildirib ki, bu il Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Bakıda geniş tədbirlər keçirilir. Azərbaycan xalqının əldə etdiyi uğurlarda milli mətbuatımızın böyük rolunun olduğunu qeyd edən Ərəstun MehdiyevƏkinçiqəzeti ilə başlanan ənənələrin sonrakı dövrlərdə uğurla davam etdirildiyini bildirib. O deyib ki, hazırda milli mətbuatımız qarşısında duran missiyanı uğurla həyata keçirir. Dövlət Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə mediaya şəffaf yardım göstərir.

Ərəstun Mehdiyev xaricdəki bəzi dairələrin ölkəmizə qarşı çirkin kampaniya aparmasına da toxunaraq, birinci Avropa Oyunları keçirilən zaman Azərbaycan mətbuatının həm bu hücumlara tutarlı cavab verdiyini, həm Oyunları yüksək səviyyədə işıqlandırdığını vurğulayıb. Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu gün ölkəmizin regionlarında media inkişaf edir. Bu, dövlətimizin əsas hədəflərindən biridir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə mətbuatın inkişafına xüsusi önəm verildiyini xatırladan Ərəstun Mehdiyev azad sözə, azad fikrə geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. Ərəstun Mehdiyev bildirib ki, 1998-ci ildə mətbuat üzərindən senzuranın götürülməsi ilə dövlətin mətbuata nəzarəti aradan qaldırılıb. Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından sonra ölkəmizdə mətbuat daha sürətlə inkişaf etməyə başlayıb. Mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb.

Prezident İlham ƏliyevinAzərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamına diqqəti cəlb edən Ərəstun Mehdiyev bildirib ki, bu sənədə uyğun olaraq hazırda respublikamızda milli mətbuatın yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Ölkəmizdə söz mətbuat azadlığının təmin olunması istiqamətində görülən işləri xatırladan Ərəstun Mehdiyev bunun davamlı olacağını diqqətə çatdırıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda jurnalistlərə yaradılan şəraitdən danışaraq deyib ki, dünyanın heç bir yerində mətbuat işçiləri dövlət tərəfindən evlə təmin edilmir. Azərbaycanda isə 2013-cü ildə jurnalistlər üçün tikilmiş binada mətbuat işçiləri hər bir şəraiti olan mənzillərlə təmin ediliblər. Diqqətə çatdırılıb ki, gələn il jurnalistlər yeni tikilən binada da mənzillər alacaqlar. V.Səfərli rəhbərlik etdiyi Fond tərəfindən müsabiqələrin keçirilməsini, jurnalistlərin mükafatlandırılmasını dövlətin bu sahəyə olan diqqət qayğısı kimi qiymətləndirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Azərbaycan mediasının inkişafı sahəsində görülən işlərdən bəhs edərək, mətbuatda olan mənfi halların qarşısının alınması üçün şura tərəfindən ciddi işlər görüldüyünü bunun müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

Regional konfransdaYeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev mövzu ətrafında məruzələrlə çıxış ediblər. Natiqlər milli mətbuatımızın keçdiyi tarixi yola nəzər salaraq müasir jurnalistikanın, region mətbuatının qarşısında duran vəzifələrdən danışıblar.

Sonra rayonların icra hakimiyyətləri başçılarının müavinləri, yerli qəzetlərin redaktorları çıxış edərək, region mətbuatının hazırkı vəziyyətindən, son dövrlərdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 2.