Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclərlə görüş keçirilib

 

Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil hüquqşünasların ədliyyə orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulu davam etdirilərək, kadr korpusunun möhkəmləndirilməsi, gənclərin bacarıq potensialından səmərəli istifadə olunması üzrə zəruri tədbirlər görülür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqələrdə iştirakla bağlı müraciət edən namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına yüksək nəticələrə nail olmalarına kömək məqsədilə əvvəlcədən Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil edilir, şəffaflığın tam təmin olunması üçün lazımi şərait yaradılır, o cümlədən müsabiqənin bütün mərhələlərində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı geniş təşviq edilir, test imtahanları internetdəonlaynrejimində canlı yayımlanır.

Namizədlər peşə fəaliyyətinə buraxılış məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilirlər müsabiqə üzrə təlimin müddəti artırılaraq tədrisin daha keyfiyyətli təşkil edilməsinə nail olunub.

İyulun 8-də növbəti müsabiqənin bütün mərhələlərindən uğur qazanaraq qulluğa qəbul edilmiş 70-ə yaxın hüquqşünasla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib.

Gənclər əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb, dahi öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli dinamik inkişafını, bütün sahələrdə, o cümlədən ədliyyə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə əldə olunan yüksək nailiyyətləri qeyd edib. F.Məmmədov ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunmasına, ictimai-siyasi həyatda, dövlət idarəçiliyində yaxından iştirakına daim xüsusi diqqət göstərilməsindən bəhs edərək ədliyyə orqanlarında gənclərin üstünlük təşkil etdiklərini əzmlə çalışdıqlarını bildirib.

Nazir ötən ay Azərbaycanın ən yüksək səviyyədə, uğurla ev sahibliyi etdiyi “Bakı-2015” birinci Avropa Oyunlarında ölkə gənclərinin, könüllülərin fəallığını, o cümlədən gənc ədliyyə işçilərinin böyük maraq göstərərək idman tədbirlərində yaxından iştirakını xüsusilə vurğulayıb, stajorlara dövlətçiliyə sədaqətlə xidmət etmələri, insanlara qayğılı münasibət göstərmələri, bilik bacarıqlarını daim inkişaf etdirmələri vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini verib, uğurlu fəaliyyət arzulayıb.

Qulluğa qəbul olunmalarından böyük qürur hissi keçirən gənc ədliyyə işçiləri Prezident İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını dərin minnətdarlıq hissi ilə vurğulayıb, ölkəmizin tərəqqisi naminə dövlət başçısına layiqli yardımçı olacaqlarını, gələcək fəaliyyətlərində vəzifələrini vicdanla məsuliyyətlə icra etmək üçün qüvvə bacarıqlarını əsirgəməyəcəklərini qeyd edərək ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına daim uca tutacaqlarına söz veriblər.

Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli qaydada and içiblər onlara xidməti vəsiqələr təqdim edilib.

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 3.