Bakıda GUAM Ticarət Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclası keçirilib

 

İyulun 8-də Bakıda Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində GUAM Ticarət Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclası keçirilib. Tədbirdə GUAM üzvü olan ölkələrin - Azərbaycan, Gürcüstan, Ukrayna Moldovanın nümayəndə heyətləri iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, gömrük xidməti istənilən dövlətin iqtisadi müstəqilliyinin əsasını təşkil edir. Gömrük xidmətləri arasında əməkdaşlıqdan danışan Aydın Əliyev bildirib ki, bu əlaqələrin inkişafı üçün qarşılıqlı əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Ümumdünya Gömrük Təşkilatı digər beynəlxalq təşkilatlar tərəfindən ilkin məlumat mübadiləsi məsələlərinə böyük diqqət ayrıldığını söyləyən komitə sədri iclas çərçivəsində imzalanacaq sənədin əhəmiyyətindən danışıb.

İclasa sədrlik edən Demokratiya İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Valeri Çeçelaşvili görüşü faydalı diskussiya adlandırıb, bildirib ki, aparılacaq müzakirələr GUAM çərçivəsində əməkdaşlığın inkişafına ciddi təkan olacaq.

İclasda nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilib, GUAM Ticarət Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 21-ci iclasının Protokolunun, eyni zamanda sözügedən layihənin üzv ölkələrdə iclası ilə bağlı hesabatları təqdim olunub.

Müzakirələrdən sonra GUAM üzvü olan ölkələrin gömrük xidmətləri arasında bu ölkələrin dövlət sərhədlərindən keçirilən mallar nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol imzalanıb. Görüş iştirakçıları, həmçinin gömrük prosedurlarının həyata keçirilməsi zamanı mallar nəqliyyat vasitələrinə gömrük nəzarətinin fərdi nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol layihəsini müzakirə ediblər.

Tədbirin sonunda GUAM Ticarət Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclasının Protokolu imzalanıb.

Toplantıda iştirak edən nümayəndə heyətləri Azərbaycan Respublikası Dövlət Gömrük KomitəsininHədəfMərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar.

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 3.