Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar verilib

 

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva adından iftar süfrəsi açılıb.

Tədbirdə Azərbaycan diasporunun gənclərin nümayəndələri, müxtəlif millətlərin oruc saxlayan təmsilçiləri iştirak ediblər. Əvvəlcə qonaqlar "Ramazan çadırı" qarşısında açılan fotosərgi ilə tanış olublar. Ekspozisiya birinci Avropa Oyunlarına, Azərbaycanın memarlıq dini abidələrinə həsr olunub. Sonra Müqəddəs Qurani-Kərimdən surə iftar duası oxunub. Həmvətənlərimiz Moskva müsəlmanları Azərbaycan milli yeməklərinə şirniyyatına qonaq olublar.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev, "İxlas" Fondunun sədri Anar Məmmədov çıxış ediblər. Onlar müsəlmanları bayram münasibətilə təbrik edərək, Azərbaycanda müqəddəs Ramazanın necə qeyd edilməsindən danışıblar.

İftarda Azərbaycan Bakıda keçirilən birinci Avropa Oyunları barədə videoçarx nümayiş etdirilib. "İxlas" Fondunun nümayəndələri Ramazan bayramına həsr edilmiş şeirlər oxuyublar. Müğənni Samir Salamın ifasında dini nəğmələr xalq mahnıları səslənib. İştirakçılara "Baku", "Amor", "İrs" jurnallarının nüsxələri, Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş Azərbaycan haqqında yeni mətbu məhsulları, ölkəmiz haqqında multimedia diskləri Azərbaycanın gözəl mənzərələrinin təsvir olunduğu açıqcalar paylanıb.

İftar süfrəsini təşkil edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi minnətdarlıq bildirilib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi dalbadal 10 ildir Rusiya Müftiləri Şurasının "Ramazan çadırı" layihəsində fəal iştirak edir möminlər üçün iftar süfrəsi açır.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 4.