"Bakı-2015" Azərbaycanın beynəlxalq nüfuzunun artmasına böyük töhvə verdi

 

Cihanxəbər agentliyinin Azərbaycan təmsilçisi Mehmet ŞİMŞƏK:“Agentlik dünyanın 96 ölkəsindəki abunəçilərini hər gün “Bakı-2015”lə bağlı geniş informasiyalarla təmin etdi

 

I Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə dünya Avropa idmanı tarixinə möhür vuran Azərbaycan dövləti uğurlar sırasına yenisini əlavə etdi. Tarixdə ilk dəfə ölkəmizdə reallığa çevrilən Avropa Oyunları təkcə Avropanın deyil, dünyanın bir çox ölkələrinin böyük marağına səbəb oldu. Avropanın 45, dünyanın 100-dən çox ölkəsinin televiziya kanallarında yayımlanan Avropa Oyunlarının işıqlandırılması üçün 1500-ə yaxın media nümayəndəsinin qeydiyyatdan keçməsi dünya mətbuatının bu idman yarışına böyük maraq göstərdiyini sübut etdi.

Ölkəmizə gələn Azərbaycanda rəsmi nümayəndəlikləri olan telekanal xəbər agentlikləri “Bakı-2015”in möhtəşəm açılışı, habelə sonrakı günlərdə müxtəlif arenalarda keçirilən yarışlar barədə yüzlərlə material hazırladılar. Avropa Oyunlarında çəkilmiş fotolar saysız-hesabsız qəzetlərin, internet mediasının gündəmini bəzədi.

Avropa Oyunlarına böyük əhəmiyyət verən nüfuzlu agentliklərdən biri Türkiyə CümhuriyyətininCihanxəbər agentliyi idi. Geniş informasiya şəbəkəsinə malik olan dünyanın 96 ölkəsində təmsilçiliyi fəaliyyət göstərənCihanxəbər agentliyi hələ iyunun 13-də ilk Avropa Oyunlarının açılış mərasimi ilə bağlı ingilis dilində geniş məlumat yayaraq bu mərasimi möhtəşəm hadisə kimi qiymətləndirdi. Sonrakı günlərdə isə agentlik hər gün idman arenalarında keçirilən yarışlardan xəbərlər, maraqlı fotolar yaymağa başladı. Bütün bunlarıCihanxəbər agentliyinin Azərbaycan təmsilçiliyi həyata keçirirdi.

Avropa Oyunları keçirilən müxtəlif arenalardan operativ xəbərlər hazırlayan Azərbaycan təmsilçiliyinin nümayəndəsi Mehmet Şimşək qəzetimizə açıqlamasında bildirdi ki, agentlik hər gün bütün abunəçilərini “Bakı-2015”lə bağlı müxtəlif yazılı görüntülü xəbər, eləcə maraqlı fotolarla təmin edir. Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən agentlik gündə orta hesabla 450 yazılı, 85 görüntülü xəbər, 800 şəkil, 250 şəkilli xəbər yayır.

 

Avropa Oyunlarının iştirakçıları bəlkə heç yerdə belə qonaqpərvərlik görməyiblər

 

Mehmet Şimşək dedi ki, açılış mərasimindən tutmuş bütün yarışlar çox möhtəşəm təşkil olunmuşdu. Ölkəmizdə tikilən müasir idman infrastrukturları isə Olimpiya Oyunlarının keçirilməsi üçün tam beynəlxalq standartlara uyğundur. Yarışların keçirildiyi arenalarda bütün media nümayəndələri, eləcə canlı yayıma qoşulmaq istəyənlər üçün hər cür şərait mövcuddur: “Açılış mərasimini izlədik. Sadəcə deyə bilərəm ki, möhtəşəm!.. Hər kəsin maraqla, zövqlə izlədiyi bu mərasimlə bağlı hələ çox danışılacaq. Azərbaycan dövləti istənilən qonaq üçün hər şəraiti yaradıb. Turistlər Avropa Oyunlarının iştirakçıları bəlkə heç yerdə belə qonaqpərvərlik görməyiblər. Təhlükəsizlik tədbirləri mükəmməl. Hər kəs istənilən yarışı rahat, təhlükəsiz şəraitdə izləyir Bakının gözəl, tarixi abidələrlə zəngin küçələrində gəzib dolaşırdı”.

 

Türkiyədən gələn idmançılar müsbət mənada şokdadırlar

 

M.Şimşək Azərbaycanın evsahibliyi etdiyi bu beynəlxalq yarış üçün inşa edilmiş Atletlər Media Kəndinin gözəlliyindən danışdı. Onun fikrincə, idmançılar bütün nümayəndə heyətləri yaradılan şəraitdən çox razı qaldılar. Xarici ölkələrdən gələn media nümayəndələrinin əksəriyyəti ilk dəfə belə şəraitdə işlədiklərini etiraf edirdilər: “Jurnalistlər, fotomüxbirlər üçün Media Kəndinin çox mükəmməl şəraiti var. Hər kəs razılıq edir bu da qardaş Azərbaycan dövlətinin baş ucalığıdır”.

Həmkarımız Türkiyədən gələn idmançılara həm təşkilatçılar, həm ölkə ictimaiyyəti tərəfindən göstərilən xüsusi nəzakət, diqqət qayğıdan da söz açdı. Dedi ki, türkiyəli idmançılar özlərini evdə sanırdılar bütün yarışlarda gördükləri dəstəyi heç Türkiyədə görməyiblər: “Türkiyədən gələn idmançılar müsbət mənada şokdadırlar. Hazırladığımız reportajlarda idmançılarımız ilk olaraq bunları etiraf edib deyirlər ki, biz bu qədər dəstək alacağımıza inanmırdıq. Sanki Türkiyədə yarışırdıq. Azərbaycan vətəndaşlarının istiqanlığı, qonaqpərvərliyinə söz ola bilməz”.

 

“Bu işdə bütün Azərbaycan bir yumruq kimi birləşib tək ürək oldu

 

M.Şimşək onu da vurğuladı ki, I Avropa Oyunları dünya idmanı tarixində yeni səhifə açdı Azərbaycan onun ilk səhifəsinə adını yazdırdı. Eyni zamanda Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi dünyaya nümayiş etdirdi. Çox qısa zaman ərzində ölkədə görülən hazırlıq işləri, beynəlxalq standartlara cavab verən idman arenalarının inşası, yarışların təşkili, insanların yarışları rahat izləməsi üçün yaradılan şəraitə söz ola bilməz: “Bu işdə bütün Azərbaycan bir yumruq kimi birləşib tək ürək oldu. Yarışları izləyənlər sırasında Azərbaycan Prezidenti İlham Əliyevi Avropa Oyunlarının hazırlığı üzrə Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanı dövlət başçısının ailə üzvlərini gördük. Bu, həm azarkeşlərdə, həm idmançılarda böyük ruh yüksəkliyi yaradırdı. Biz Cihanxəbər agentliyi olaraq bunu dünyaya yayırıq. “Bakı-2015” Azərbaycanın beynəlxalq nüfuzunun artmasına böyük töhvə verdi. Agentliyimiz dünyanın 96 ölkəsindəki abunəçilərini hər gün “Bakı-2015”lə bağlı geniş informasiyalarla təmin etdi. Azərbaycanın dünyaya layiqincə tanıdılmasıCihanxəbər agentliyinin sevə-sevə yerinə yetirdiyi işdir. Bizim üçün yaradılan hər cür şəraitə görə Azərbaycan dövlətinə təşəkkür edirik”.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 5.