Saundra Didrix: Komandamız ilk dəfə Atletlər Kəndinə daxil olanda bizi sözlə çətin ifadə oluna bilən hisslər bürüdü

 

Bakıda birinci Avropa Oyunlarında gümüş bürünc medallar qazanmış almaniyalı cüdoçu Saundra Didrix bu idman tədbiri barədə təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb. Onun fikrincə, Oyunlarda təşkilatçılıq ən yüksək səviyyədə olub. Yaraşıqlı gülərüz idmançı söhbətinə bu sözlərlə başladı: “Hava limanında bir qrup könüllü qonaqları qarşılayırdı. Onların peşəkar hərəkətlərindən görünürdü ki, Oyunlara ciddi hazırlaşıblar”.

O, sözünü davam etdirərək dedi: “Bizi Atletlər Kəndinə gətirdilər. Hər bir komanda üçün milli bayrağı asılmış mənzillər ayrılmışdı. Kəndə ilk dəfə daxil olanda bizi xüsusi hisslər bürüdü. Yaşayış şəraiti çox gözəl idi. 10 nəfərdən ibarət komandamızı bir böyük mənzilə yerləşdirmişdilər. Bu, komanda ruhumuzu qoruyub saxlamaq üçün əhəmiyyətli idi”.

Almaniyalı idmançı cüdo yarışlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıraraq dedi: “Məşqlər üçün geniş otaqla təmin olunmuşduq. Hər bir komandanın ayrıca soyunub-geyinmə otağı vardı”.

Saundra həmkarları nəqliyyatın işindən razı qalıblar. Məmnunluq hissini gizlədə bilməyən cüdoçu dedi: “Avtobuslar yaxşı işləyirdi. Bir dəfə olsun bizi gözlətmədilər”.

İdman obyektlərindən xoşu gəldiyini xüsusi vurğulayan idmançı dedi: “Biz tamaşaçı azarkeş kimi üzgüçülük yarışlarının finalında olduq. Xeyli tamaşaçı tutan çox gözəl müasir Su İdmanı Arenası idi. Yeni Olimpiya Stadionunuz isə həqiqətən seçilir. O, çox əzəmətlidir”.

Konüllülərin yaxşı işini qiymətləndirən Saundra onlara təşəkkür etdi: “Könüllülərin hamısı nəzakətli gülərüz idi. Həmişə kömək edirdilər. Avropa Oyunlarının müvəffəqiyyətlə keçməsinə onların xidməti az deyil. Könüllülər öz işlərini mükəmməl gördülər”.

İdmançının bu arxitektura möcüzələrini yaratmış inşaatçılara, Atletlər Kəndində idman arenalarında qüsursuz təmizlik yaradan xadimələrə, onları öz doğma yaxınları kimi dadlı yeməklərə qonaq edən aşpazlara təşəkkür etməyi unutmaması AZƏRTAC-ın xüsusi müxbirini mütəəssir etdi. Etiraf edək ki, bu insanların zəhmətini heç hər kəs qiymətləndirmir. Saundra Didrix daha sonra dedi: “Mən tarixdə ilk unudulmaz Avropa Oyunlarının təşkilinə görə Azərbaycan Milli Olimpiya Komitəsinə təşəkkür etmək istəyirəm”.

İki medalın sahibi Azərbaycan idmançılarına böyük uğurlar arzulayaraq fikrini belə tamamladı: “Ümidvaram ki, yeni Atletlər Evi idman arenaları gələcəkdə bu cür miqyaslı neçə-neçə beynəlxalq tədbirə xidmət edəcək”.

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 6.