Matias Fekl: Azərbaycan
Avropa Oyunlarında yüksək nəticələr
əldə edib
“Bakı-2015" birinci Avropa Oyunları uğurla keçirilib. Avropa Oyunları böyük təşkilatçılıqla, yüksək keyfıyyətlə təşkil olunub. Azərbaycan ilk Avropa Oyunlarında yüksək nəticələr əldə edib.
Bunu AZƏRTAC-a Bakıda səfərdə olan Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Fekl bildirib.
"Birinci Avropa Oyunlarının nəticələrinə görə, Azərbaycan Fransadan daha çox irəlidə olub. Oyunların təşkilatçılığında iştirak edən Fransa şirkətləri bu iştirakdan çox məmnundurlar", - deyə Matias Fekl bildirib.
Azərbaycan.- 2015.- 9 iyul.- S. 6.