İneke van Şoor: Bu, ən nüfuzlu medaldır!

 

Bu yaxınlarda Bakıda başa çatan birinci Avropa Oyunlarında Belçikanı təmsil edən idman akrobatikası üzrə Kaat Dumarey, İneke van Şoor Jüli van Gelderdən ibarət üçlük üç qızıl medal qazanıb. Onların birinci medalı bu Oyunlarda Belçika milli komandası üçün ilk medal olub. Bəlkə buna görə qaliblərdən biri İneke van Şoor öz medalınıən nüfuzlu” medal adlandırıb (http://deredactie.be/cm/vrtnieuws.english/sports/1.2371482).

Onun tərəf-müqabillərindən biri Kaat Dumarey Bakıda məşqlər çıxışlar üçün yaradılan gözəl şəraitdən danışıb. İdmançı AZƏRTAC-a müsahibəsində fəxrlə deyib: “Birinci Avropa Oyunlarında çıxış etdiyimizə, qızıl medalımızın isə bu Oyunlarda Belçikanın ilk qızıl mükafatı olduğuna görə sevincimin həddi-hüdudu yoxdur”.

 

Azərbaycan.- 2015.- 9 iyul.- S. 6.