Maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə Dövlət Komitəsində toplantı keçirilib

 

İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, toplantıda qurumun rəhbərliyi, şöbə müdirləri dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. Bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edib.

Sədr ayrılan maliyyə yardımının müvafiq icmalar tərəfindən yerlərdə dini maarifləndirmə milli mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə, eləcə dini radikalizmlə mübarizə istiqamətində sərf edilməli olduğunu vurğulayıb. O, icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə müsbət təsirini göstərəcəyini bildirib. Komitə sədri dini icma nümayəndələrinə həyata keçirəcəkləri layihələrə daha çox gəncləri cəlb etmələrini tövsiyə edib. Vurğulayıb ki, milli mənəvi dəyərlərimiz olduğu kimi gənclərə çatdırılmalıdır ki, bu işdə dini icma rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür.

Tədbirin sonunda dini icma sədrləri çıxış edərək bu sahəyə göstərdiyi diqqət qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 10 iyul.- S.4.