Britaniyalı deputatlar: Avropa MəhkəməsininÇıraqov digərləri Ermənistana qarşıişi ilə bağlı qərarı ədalətin təntənəsidir

 

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük PalatasınınÇıraqov digərləri Ermənistana qarşıişi ilə bağlı qərarı britaniyalı parlamentarilər tərəfindən ədalətin təntənəsi kimi dəyərləndirilib.

Avropa İnsan Hüquqları Konvensiyasının üç xüsusi maddəsinin pozuntusunun qəbul edilməsindən əlavə Məhkəmə, həmçinin Ermənistanın Dağlıq Qarabağa yeddi ətraf rayonun ərazisinə tam nəzarətinin olmadığını iddia edən Ermənistan hökumətinin etirazını rədd edib. Məhkəmə qərar verib ki, bu münaqişə hazırda hakimiyyətdə olan rejimin üzvləri tərəfindən başlandığından həyata keçirildiyindən Ermənistan bu münaqişəyə cavabdehdir.

Böyük Britaniya parlamentinin üzvü Stefen Hepbörn Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavabında bəyan edib ki, Ermənistan hökuməti bu qərarın yaratdığı imkandan faydalanmalı Azərbaycan ərazilərinin işğalında oynadığı rolu qəbul etməlidir. Onlar, həmçinin artıq 20 il davam edən durğunluq vəziyyətindən sonra diplomatik irəliləyişə nail olmaq üçün ciddi danışıqlara başlamalıdırlar.

Baronessa Zahidə Mənsur isə bildirib ki, Məhkəmənin bu qərarı münaqişənin Dağlıq Qarabağın yerli əhalisi olan ermənilər tərəfindən aparılması barədəki mifi darmadağın etdi. Bu, Azərbaycanın suveren ərazisinin Ermənistan tərəfindən işğalıdır. Sülh əsasında həll yolunun tapılmasında danışıqlara dürüst yanaşmaq nəhayət, müəyyən irəliləyiş əldə etmək üçün bunu qeyd etmək vacibdir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 10 iyul.- S. 7.