Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 251                                    Bakı şəhəri, 1 iyul 2015-ci il

 

Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 214 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası PrezidentininDini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli 496 nömrəli Dərman vasitələri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 3 aprel tarixli 497 nömrəli fərmanlarının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 214 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 904) ilə təsdiq edilmişNəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nə aşağıdakı məzmunda 6-7-ci hissələr əlavə edilsin: 

6.“DİNİ TƏYİNATLI” - dini təyinatlı ədəbiyyat (kağız elektron daşıyıcılarda), audio video materiallar, mal məmulatlar dini məzmunlu başqa məlumat materialları 0,02

7. “DƏRMAN VASİTƏLƏRİ” - dərman vasitələri  0,01

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 1.