Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 252                                                Bakı şəhəri, 2 iyul 2015-ci il

 

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqındaAzərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqındaAzərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 229 nömrəli Fərmanının 1.1.3-1.1.8-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.”Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”təsdiq edilsin (1 nömrəli əlavə).

2.”Uyğunluğun qiymətləndirilməsi sahəsin

akkreditasiya attestatının nümunəsi uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nişanının formasıtəsdiq edilsin (2 nömrəli əlavə).

3. “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması Qaydasıtəsdiq edilsin (3 nömrəli əlavə).

4. “Akkreditasiya orqanının Apelyasiya Şurasının Əsasnaməsitəsdiq edilsin (4 nömrəli əlavə).

5. “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadə Qaydasıtəsdiq edilsin (5 nömrəli əlavə).

6. “Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydasıtəsdiq edilsin (6 nömrəli əlavə).

7. Bu qərarla təsdiq edilmiş normativ-hüquqi aktların müddəaları Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmişİnformasiyanı  mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnaməilə tənzimlənən dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulmuş informasiyanı mühafizə vasitələrinin uyğunluğunu qiymətləndirən qurumların akkreditasiyası ilə  bağlı münasibətlərə şamil edilmir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 1.