Avropa İnsan Hüquqları Məhkəməsindən sonra Almaniya da Ermənistanı rəsmi surətdəişğalçıelan edib

 

Almaniya Federativ Respublikası (AFR) federal hökumətinin bu yaxınlarda açıqlanan Almaniya Bundestaqına təqdim edilən hesabatında deyilir: “Beynəlxalq hüquqa müvafiq surətdə Azərbaycana məxsus olan ərazilərdə, o cümlədən Dağlıq Qarabağda insan hüquqlarının vəziyyətinə görə Ermənistan məsuliyyət daşıyır. Bu ərazilər 1994-cü ildə atəşkəs rejimi elan ediləndən Ermənistanın işğalı altındadır. Yüz minlərlə azərbaycanlı məcburi köçkün bu günə qədər həmin rayonlara qayıda bilmir” (hesabatın 204-cü səhifəsi: http://vugar-seidov.azeris.com/wp-content/uploads/2015/07/MRB_11-2015.pdf).

Beləliklə, əvvələn, Dağlıq Qarabağ AFR hökuməti tərəfindən rəsmi surətdə ərazisinin bir hissəsi kimi tanınıb bu etiraf beynəlxalq hüquqa istinadla təsbit olunub. İkincisi, Dağlıq Qarabağın özünün ətraf yeddi rayonun statusunda heç bir fərq qoyulmayıb onların hamısı işğal edilmiş ərazilər sayılıb. Üçüncüsü, hansısa mifikyerli ermənilərdeyil, məhz Ermənistan işğalçı tərəf adlandırılıb.

Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bu yaxınlardaÇiraqov başqaları Ermənistan əleyhinəişi üzrə qərarı da Ermənistanı başqa dövlətin ərazisinə effektiv nəzarət edən tərəf kimi müəyyən edib. Cavabdehin Qarabağdakı oyuncaq rejimin deyil, beynəlxalq hüququn subyekti kimi Ermənistanın olduğu iddianın məhkəmə tərəfindən təmin edilməsi Ermənistanın beynəlxalq birlik tərəfindən işğalçı dövlət kimi tanınması məsələsində son nöqtəni qoyub.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 2.