Azərbaycan Gürcüstan Konstitusiya məhkəmələri arasında əməkdaşlığın inkişafı müzakirə edilib

 

Ölkəmizdə səfərdə olan Gürcüstan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ilə iyulun 10-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını bildirib, abidəsi önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinə şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Konstitusiya Məhkəməsi hakimlərinin Aparatının əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə Gürcüstan arasında bir çox sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Fərhad Abdullayev Gürcüstana səfəri zamanı bu ölkənin Konstitusiya Məhkəməsində səmərəli görüşlər keçirdiyini xatırladıb. Konstitusiya Məhkəməsinin sədri Gürcüstan nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycanın konstitusiya nəzarəti orqanında səmərəli görüşlər keçirməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

Son illər ölkəmizin dinamik inkişaf etdiyini bildirən Fərhad Abdullayev bu tərəqqinin əsasını ulu öndər Heydər Əliyevin qoyduğunu, dahi rəhbərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, bu inkişaf digər istiqamətlərlə yanaşı, məhkəmə-hüquq sahəsində aşkar müşahidə edilir. Ölkəmizin həyatında mühüm hadisə olan ilk Avropa Oyunlarının keçirilməsinin əhəmiyyətini vurğulayan Konstitusiya Məhkəməsinin sədri deyib ki, Azərbaycan bu mötəbər idman yarışına yüksək səviyyədə ev sahibliyi etdi. Birinci Avropa Oyunları həqiqətən böyük idman dostluq bayramı oldu.

Fərhad Abdullayev diqqətə çatdırıb ki, müasir cəmiyyətdə konstitusiya nəzarəti orqanlarının üzərinə böyük məsuliyyət düşür. Məhz bu baxımdan əməkdaşlığımızın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması çox vacibdir.

Yüksək qonaqpərvərliyə dostcasına qəbula görə təşəkkürünü bildirən gürcüstanlı qonaqlar Azərbaycana səfərin burada səmərəli görüşlər keçirilməsinin önəmini vurğulayıblar. Onlar Azərbaycan Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Qonaqlar hər iki qurum arasında təcrübə əməkdaşlıq mübadilələrinin ikitərəfli əlaqələrin inkişafı baxımından vacibliyini qeyd ediblər. Nümayəndə heyətinin üzvləri Azərbaycan Konstitusiya Məhkəməsi əməkdaşlarının gürcüstanlı həmkarlarına daimi fəal dəstəyini xüsusi vurğulayıblar. Gürcüstanlı qonaqlar Azərbaycanın sürətli inkişafına heyran qaldıqlarını dost ölkənin uğurlarından sevinc duyduqlarını bildiriblər.

Qeyd edilib ki, bugünkü görüş ikitərəfli əməkdaşlığın səviyyəsinin yüksəlməsinin məntiqi nəticəsidir. Azərbaycan Konstitusiya Məhkəməsinin malik olduğu məhkəmə praktikası Gürcüstan Konstitusiya Məhkəməsi üçün çox önəmlidir.

Görüşdə Azərbaycan Gürcüstan Konstitusiya məhkəmələrinin qəbul etdikləri son qərarlarla bağlı fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 3.