Gürcüstan Konstitusiya Məhkəməsinin hakimləri Ombudsman Aparatında olublar

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Lali Papiaşvili Otar Sicinava ilə görüşüb.

Görüşdə müvəkkil Azərbaycanda insan hüquq azadlıqlarının təmin edilməsinin mühüm prioritetlərdən olduğunu, demokratiyanın inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanda Ombudsman təsisatının yaranma tarixi fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, ombudsman öz fəaliyyətini normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik maarifləndirmə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətlərində davam etdirir. Ombudsman təsisatının digər dövlət orqanları ilə yanaşı, Konstitusiya Məhkəməsi ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğu bildirilib.

L.Papiaşvili Azərbaycan ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində zəngin çoxşaxəli fəaliyyətini, həmçinin təsisatın Konstitusiya Məhkəməsi ilə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib.

Görüşdə Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev məhkəmənin digər məsul əməkdaşları da iştirak ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 3.