"Azərbaycan mətbuatı milli mənəvi dəyərlərimiz" mövzusunda konfransda media nümayəndələri mükafatlandırılıb

 

İyulun 10-da M.F.Axundzadə adına Azərbaycan Milli KitabxanasındaAzərbaycan mətbuatı milli mənəvi dəyərlərimizmövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Prezident İlham ƏliyevinAzərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqındaSərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına əsasən Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Mədəniyyət Turizm Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Mətbuat Şurası tərəfindən təşkil edilib.

Konfransın iştirakçıları əvvəlcə milli mətbuatımızın 140 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev konfransı açaraq bildirib ki, ölkəmizin hər yerində milli mətbuatımızın 140 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur.

Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətləri olan "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı demokratikləşməsi istiqamətində görülən işlərdən danışan nazir jurnalistləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev milli mətbuatımızın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. Konfransın mövzusunun çox aktual olduğunu vurğulayan Ə.Mehdiyev deyib: “Milli mənəvi dəyərlərin qorunması təbliği mətbuatımızın prioritet vəzifələrindən biri olub. Azərbaycan mətbuatıƏkinçi”dən başlayan ənənələri davam etdirərək xalqımızın mədəniyyətinin, adət ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olub indi belədir.

Ərəstun Mehdiyev bildirib ki, bu gün müzakirə etdiyimiz mövzu həmişə aktual olub. Ancaq indi daha da aktualdır. Çünki müasir dünyanı qlobal informasiya məkanı birləşdirir. Qloballaşma dalğası özü ilə həm müsbət, həm mənfi dəyərləri gətirir. Müsbəti mənfidən fərqləndirmək, milli dəyərlərin aşınmasına yol verməmək, mədəni müxtəlifliyin əhəmiyyətini düzgün qiymətləndirmək bu gün həmişəkindən daha aktualdır. Dünya gözlərimiz önündə dəyişir, ancaq o heç bizim istədiyimiz kimi dəyişmir. Bu məsələdə mətbuatın üzərinə mühüm vəzifələr düşür. Mətbuat xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, müasir müstəqil ölkəmizin son illərdə əldə etdiyi uğurları daha geniş coğrafiyada təbliğ təşviq etməlidir.

Prezident Administrasiyasının rəsmisi deyib: “Bu gün biz müharibə şəraitində yaşayırıq. Belə şəraitdə həmrəyliyimizin, tolerantlığımızın daha möhkəm olmasına, gənclərin milli ruhda böyüməsinə xüsusi diqqət yetirməliyik. Bu məsələlər bu gün dövlətimizin həyata keçirdiyi siyasətdə öncül yer tutur. Biz milli mənəvi dəyərlərimizi yad amillərdən qorumalıyıq. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Biz torpaqlarımızı işğaldan azad etməliyik. Bu məsələlərdə mətbuatımız həmrəy olmalı, peşəkarlıq nümayiş etdirməlidir”.

Şöbə müdirinin müavini bildirib ki, bu gün müzakirə etdiyimiz məsələlərlə bağlı bir çox aspektlərə diqqət yetirilməlidir. Əminəm ki, Azərbaycan mətbuatı bu vəzifələrin öhdəsindən layiqincə gələcək, öz missiyasını bundan sonra da uğurla davam etdirəcək.

Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatın yubileylərinin keçirilməsini ölkə rəhbərliyinin jurnalistlərə böyük diqqəti kimi dəyərləndirib. Vurğulayıb ki, Azərbaycanda milli mətbuatın yubileylərinin geniş təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilib. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ilin martında verdiyi müvafiq Fərmanla qoyulub.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Fond tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, ötən yubiley tədbirlərində olduğu kimi, bu günlərdə dövlətimizin başçısının müvafiq Sərəncamı ilə milli mətbuatımızın inkişafında xidmətləri olan jurnalistlərə fəxri adlar veriləcək.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Məruzələrdə mətbuatımızın keçdiyi tarixi inkişaf yolu, milli mənəvi dəyərlərimizin qorunması təbliğində medianın rolu, müasir dövrdə jurnalistlərin qarşısında duran əsas vəzifələrdən bəhs olunub.

Sonra Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Mətbuat Şurasının "Milli rəqslərimiz milli dəyərimizdir" mövzusunda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.

Həmçinin, Mədəniyyət Turizm Nazirliyi ilə fəal əməkdaşlığa görə Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə bir qrup jurnalistin əməyi qiymətləndirilərək mükafatlar təqdim edilib. Mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşı da var.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 4.