Mətbuat Şurasının təşəbbüsü ilə çap edilənSiz unudulmamısınız…” kitabının təqdimatı olub

 

İyulun 10-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə çapdan çıxmışSiz unudulmamısınız…” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Şuranın sədri Əflatun Amaşov Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Bakıda, eləcə respublikamızın digər şəhər bölgələrində keçirilən silsilə tədbirlər barədə danışıb. Ə. Amaşov rəhbərlik etdiyi qurumun bu tədbirlərdə iştirakından, yubileyin daha yaddaqalan olması üçün gördükləri işlərdən söz açıb. O, “Siz unudulmamısınız…” kitabının da bu əlamətdar günə bir töhfə olduğunu vurğulayıb.

Bildirilib ki, ömrünü-gününü jurnalist peşəsinin məziyyətlərinə qatlaşaraq keçirmiş çoxsaylı qələm sahiblərimizin fədakar əməyi gənc nəslimiz üçün örnəkdir. Belələrinin cəmiyyətə tanıdılması keçmiş yaşantılarımızın yada salınması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu insanların hər birinin həyat yaradıcılığı bütöv bir mərhələni, dəyərlər sistemimizi gözlərimiz önündə canlandırır. Buna görə Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi onların hifz olunduğu kitabın hazırlanması istiqamətində işə başladı bu çox uğurlu alındı.

Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif KərimovƏrgünəşNəşriyyatında işıq üzü görmüşSiz unudulmamısınız…” kitabının xarakterik xüsusiyyətlərindən söz açıb. Bildirib ki, səkkiz bölmədən ibarət nəşrdə korifey jurnalistlərimiz haqqında xatirə oçerkləri, beş ildir fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin gördüyü işlərin icmalı, müxtəlif tədbirlərdən fotoşəkillər, habelə tanınmış qələm sahibləri barədə avtobioqrafik məlumatlar toplanıb. Kitab-toplunun Azərbaycan milli mətbuatının 140 illiyinə həsr olunduğunu vurğulayan Y.Kərimov onun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən bu kitabın ərsəyə gətirilməsini çox faydalı adlandırıb. O, milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində belə bir nəşrin işıq üzü görməsinin əlamətdar tarixə mühüm töhfə olduğunu diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvləri – “Paralelqəzetinin baş redaktoru Tapdıq Abbas, BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, həmçinin veteran jurnalistlərdən Əlövsət Bəşirli, Məzahir Süleymanzadə, Etibar Etibarlı başqaları kitabın xarakterik xüsusiyyətlərindən söz açaraq bildiriblər ki, nəşr klassik mətbuatımızla müasir mediamız arasında körpüdür, jurnalistikanın ictimai həyatımızdakı önəmini vurğulayan dəyərli nümunədir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 4.