Bələdiyyə media: mövcud durum inkişaf istiqamətlərimövzusunda müzakirələr aparılıb

 

İyulun 10-da BakıdaBələdiyyə həyatıqəzetinin təşkilatçılığı ilə Azərbaycan mətbuatının 140 illik yubileyinə həsr olunanBələdiyyə media: mövcud durum inkişaf istiqamətlərimövzusundadəyirmi masakeçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri, Bakı bələdiyyələrinin sədrləri, vətəndaş cəmiyyəti media təmsilçiləri iştirak ediblər.

Bələdiyyə həyatıqəzetinin baş redaktoru Vüqar Tofiqli son illərdə ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, plüralizm, söz mətbuat azadlığına mane olan senzura ləğv edilib, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşdırılıb. Bildirilib ki, “Bələdiyyə həyatıqəzetində bələdiyyə sahəsi ilə bağlı çoxsaylı materiallar dərc olunur. Qəzet bələdiyyələrin fəaliyyətini stimullaşdımaq üçün bir vasitədir.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək Azərbaycan milli mətbuatının inkişafından, bələdiyyələrlə bağlı qanunvericilikdən, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsindən, yerli özünüidarəetmənin inkişafından danışıb. O deyib ki, əsas məqsədi Azərbaycan cəmiyyətini maarifləndirmək, xalqın milli özünüdərk prosesinə təkan vermək olanƏkinçiqəzeti öz fəaliyyəti dövründə milli şüurun formalaşmasında mühüm rol oynayıb.

Qeyd edilib ki, kəşməkəşli inkişaf yolu keçən Azərbaycan mətbuatı ötən əsrin 70-ci illərindən başlayaraq öz üzərində daim ümummilli liderimiz Heydər Əliyevin qayğısını hiss edib. Çünki Ulu Öndər hətta sovet dövrünün ciddi senzura şəraitində belə fikir söz azadlığının himayədarı olub, mətbuatın ictimai mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına təkan verib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mətbuatı özünün yeni mühüm inkişaf dövrünü yaşayır. Qəzetlərin Azərbaycan nəşriyyatına borclarının büdcədən ödənilməsi, müstəqil qəzetlərə birdəfəlik maliyyə yardımının edilməsi mətbuat işçilərinin mənzillə təmin olunması bu sahəyə göstərilən diqqət qayğının bariz nümunələridir. A.Rəhimzadə bələdiyyə institutunun Azərbaycanda ən vacib dövlət orqanlarından biri olduğunu söyləyib, bələdiyyələrin yaxşı fəaliyyət göstərməsi üçün insanların fəal olmalarının zəruriliyini vurğulayıb.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxışında Azərbaycan milli mətbuatının inkişaf tarixindən danışıb. O, Azərbaycan milli mətbuatının özünəməxsus ənənələr yaratdığını şanlı jurnalistlər nəsli yetişdirdiyini söyləyib. Bildirib ki, mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq günümüzə qədər böyük söz ustadları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərib.

Qeyd edilib ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olub. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib, Azərbaycanda senzuranın ləğvi bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə daha geniş miqyasda davam etdirilir.

M.Səlimzadə bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsinin, bu sahədə institusional tədbirlərin həyata keçirilməsinin önəmini diqqətə çatdırıb.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Azərbaycan mətbuatının 140 illiyi münasibətilə jurnalistləri təbrik edib, bələdiyyələrin qarşısında duran vəzifələrdən söz açıb.

Dəyirmi masa”da bir sıra bələdiyyə sədrləri yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, onların fəaliyyətində aşkarlığın şəffaflığın təmin olunması ilə bağlı çıxışlar ediblər.

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 4.