Vergilər Nazirliyi yenidən İOTA-nın İcraiyyə Şurasına üzv seçilib

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Niderland Krallığının Rotterdam şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) 19-cu Baş Assambleyasında yenidən İOTA-nın İcraiyyə Şurasına üzv seçilib.

Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu mötəbər tədbirdə 46 ölkədən, eləcə 11 beynəlxalq regional təşkilatdan 180-dən çox nümayəndə vergi tədqiqatçıları iştirak ediblər.

Azərbaycan Respublikası Vergilər Nazirliyini tədbirdə Beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət tədris sahələri üzrə nazirin müşaviri Ələkbər Məmmədov Beynəlxalq münasibətlər idarəsinin rəisi Orxan Musayev təmsil ediblər.

Baş Assambleyanın əsas müzakirə mövzusu özünəxidmət vasitəsilə vergi əməletməsinə nail olmaq, rəqəmsal özünəxidmət kanallarından istifadənin artırılması müsbət təsiri nəticəsində yaranan imkanların üstünlüklərin işıqlandırılması olub. Tədbirin plenar sessiyasında Vergilər Nazirliyinin nümayəndəsiSosial stimullar vasitəsilə vergi əməletməsinin təmin edilməsi: vergi orqanlarının rolumövzusunda təqdimatla çıxış edərək, sessiyanın yekun nəticələrinə dair iclasda sədrlik edib.

Təqdimat zamanı sosial tərəfdaşlığın gücləndirilməsi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, o cümlədən, sosial stimullar vasitəsilə vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçidin təmin edilməsi istiqamətləri vurğulanıb.

Sonra Assambleyanın iclasında 2015-2016-cı il üçün İOTA prezidenti, İcraiyyə Şurasının üzvləri daxili auditorların müəyyən edilməsi üzrə seçkilər keçirilib. Rumıniyanın Maliyyə İnzibatçılığı üzrə Milli Agentliyinin nümayəndəsi İOTA-nın prezidenti seçilib. Eyni zamanda, seçkinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Niderland, Avstriya, Çex Respublikası, İspaniya, Fransa, Sloveniya, Danimarka Rumıniyanın vergi orqanları ilə birlikdə növbəti birillik müddət üçün İOTA-nın İcraiyyə Şurasına üzv seçilib.

2013-cü ildə keçirilən İOTA-nın 17-ci Baş Assambleyasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi MDB ölkələri arasında İOTA-nın İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyası olub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Şuradakı fəaliyyəti ilə üzv ölkələrin etimadını qazanıb, bununla da artıq 3-cü dəfə ardıcıl olaraq İcraiyyə Şurasının üzvü seçilir.

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 4.