Qəbələdə VII Beynəlxalq Musiqi Festivalına hazırlıq işləri görülür

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.

AZƏRTAC xəbər verir ki, iyulun 25-dən başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan bu musiqi festivalına yenidən ev sahibliyi edəcək. Qəbələ şəhərində iyulun 31-dək davam edəcək VII Beynəlxalq Musiqi Festivalında Azərbaycandan xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Hazırda festivalın keçiriləcəyi ərazidə musiqi bayramına ciddi hazırlıq işləri görülür. Rayon icra hakimiyyətinin, idarə təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park bağlarında abadlıq işləri həyata keçirilir, gecə işıqlandırma sistemi qaydaya salınır, şəhərdə səliqə-sahman yaradılır.

Festivalın proqramına uyğun olaraq açıq hava altında keçiriləcək konsertlər üçün səhnə quraşdırılacaq. Bəzi konsertlər isəQafqaz Resorteotelində keçiriləcək. Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq musiqi festivalının proqramı olduqca zəngindir. Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya Almaniyadan dünya şöhrətli musiqiçilər kollektivlərİtaliya Simfonik Orkestri, “Moskva virtuozlarıkamera orkestri, Avstriya Vayner Akademiyasının kamera ansamblı, “Flamenkoansamblı, “Dubrovnik Guitar Trio”, Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud başqaları iştirak edəcəklər.

Xatırladaq ki, 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə onun hüdudlarından kənarda böyük əks-səda doğurur.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 11 iyul.- S.7.