9-cu Bakı Yay Enerji Məktəbinin iştirakçılarına Azərbaycanın neft-qaz sənayesinin tarixindən danışılıb

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “ADA” Universitetinin Xəzər Enerji Ətraf Mühit Mərkəzi ilə birgə təşkil etdiyi 9-cu Bakı Yay Enerji Məktəbinə start verilib. İki həftə davam edəcək Yay Enerji Məktəbinə bu il 17 ölkədən 47 enerji mütəxəssisi qoşulub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xəzər hövzəsində neft qaz hasilatı, eləcə bölgədə enerji təhlükəsizliyi ilə bilavasitə məşğul olan hökumət fərdi sektorun yüksək rəsmilərinin çıxış etdiyi Yay Enerji Məktəbi son illər beynəlxalq mütəxəssislər arasında tanınmağa, siyasi, elmi işgüzar dairələrin nümayəndələrini cəlb etməyə başlayıb. Dinləyicilərə Azərbaycanın dünya neft qaz hasilatında tarixi rolu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu enerji strategiyası nəticəsində Xəzərin Azərbaycan sektorunda yeni yataqların kəşf edilməsi, region ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolu haqqında məlumat verilib.

İki həftə ərzində məktəb iştirakçıları enerji sahəsinin siyasi iqtisadi əsasları, hüquqi bazası, o cümlədən enerji xarici siyasət, enerji ətraf mühit kimi mövzularda mühazirələr dinləyəcək, interaktiv məşğələlərdən yararlanacaqlar.

9-cu Bakı Yay Enerji Məktəbinin iştirakçıları görkəmli neftçi-alim, akademik, SOCAR-ın geologiya, geofizika yataqların işlənilməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt YusifzadəninXəzərin inkişafında tarixi mərhələlər. Karbohidrogen ehtiyatları: əfsanəvi geoloqun şəxsi lətifələritəqdimatını maraqla qarşılayıblar. Neft qaz sənayesinin inkişafında böyük xidmətləri olan akademik Xoşbəxt Yusifzadə bilavasitə özünün iştirakı rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan Rusiya sektorlarında 20-dən artıq neft qaz yatağı, o cümlədən hazırda bütün dünyada məşhur olanAzəri”, ”Çıraq”, ”GünəşliŞahdənizyataqlarının kəşf edilməsi haqqında məlumat verib, xatirələrini danışıb.

Böyük marağa səbəb olan çıxışından sonra X.Yusifzadə Yay Məktəbi iştirakçılarının suallarını cavablandırıb.

Daha sonra SOCAR-ınAzərikimyaİstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar BabayevNeft sənayesində sazişlərin növləri, idarəçilik maliyyə iqtisadiyyatımövzusunda çıxış edib. Onun çıxışı da maraqla qarşılanıb, iştirakçılar onları maraqlandıran suallara ətraflı cavablar alıblar.

Son səkkiz il ərzində “ADA” Universitetinin SOCAR-ın birgə təşkilatçılığı ilə keçirilən Bakı Yay Enerji Məktəbində 350 yerli beynəlxalq enerji mütəxəssisi təlimlər keçərək, məktəbin məzunu olublar.

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 7.