Romada Azərbaycan haqqında yazı müsabiqəsinə yekun vurulub

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İtaliyanınEpoketəşkilatı tərəfindən həyata keçirilən layihə çərçivəsində tələbələr arasında elan olunan məqalə müsabiqəsinin nəticələri ilə bağlı Romada yekun tədbir keçirilib.

Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, İtaliyanın Venesiya Kataniya universitetlərinin professor-müəllim heyəti, İtaliya-Azərbaycan cəmiyyətinin rəhbəri xanım Paola Kasaqrande, Roma şəhər meriyasının turizm beynəlxalq əlaqələr sektoru üzrə məsul şəxsləri Paolo Gintarelli xanım Simonetta Dominiçi, İtaliya Coğrafiya Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı, müasir inkişafı barədə məruzələr dinlənilib. Çıxışçılar Azərbaycan-İtaliya münasibətlərinə toxunaraq iki dövlət arasında əlaqələrin uğurlu inkişafından əməkdaşlığın perspektivlərindən bəhs ediblər. Roma şəhər administrasiyasının rəsmiləri qeyd ediblər ki, bu cür tədbirlərin keçirilməsi İtaliya-Azərbaycan əlaqələrinin inkişafına müsbət töhfələr verir.

Epoketəşkilatının rəhbəri Karlo Frappi iştirakçılara layihə çərçivəsində Azərbaycan haqqında elan edilən yazı müsabiqəsi barədə məlumat verib. İtaliyanın 10 məşhur universitetinin tələbələri arasında təşkil olunan müsabiqə gənclər tərəfindən maraqla qarşılanıb. Müsabiqəyə təqdim olan yazılardan 3-nün müəllifi mükafata layiq görülüb.

Qaliblər belə bir müsabiqənin keçirilməsini dəstəklədiyinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

İtaliyanınL’Opinioneinformasiya portalında tədbirlə bağlı məlumat yerləşdirilib.

http://www.opinione.it/esteri/2015/07/07/martelloni_esteri-07-07.aspx

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 7.