Çarlz HENDRİ: “Hansı ölkə növbəti Avropa Oyunlarının keçirilməsinə cəhd edərsə, üzərinə çox çətin vəzifə götürməli olacaq

 

Böyük Britaniyanın “Diplomat” jurnalının iyul-avqust buraxılışında bu ölkənin keçmiş enerji naziri, Baş nazirin Azərbaycandakı sabiq ticarət nümayəndəsi, 2001-2015-ci illərdə parlamentin üzvü olmuş Çarlz Hendrinin “Bakı-2015” Avropa Oyunlarıadlı məqaləsi dərc edilib.

Müəllif yazır: “Baş nazirin ticarət nümayəndəsi vəzifəsində çalışdığım zaman mənim Cənubi Qafqaz Mərkəzi Asiyaya bir çox səfərlərim olub. Səfərlərimin əsas məqsədi daha çox peşə fəaliyyətimlə əlaqədar idi, xüsusilə Azərbaycana etdiyim səfərlər”.

Çarlz Hendri xatırladır ki, 2012-ci ildə Beynəlxalq Olimpiya Komitəsi ilk Avropa Oyunlarının keçirilməsini Azərbaycana həvalə etdi. Beləliklə, adətən 5 ildən 7 ilə qədər vaxt tələb edən layihənin həyata keçirilməsi üçün cəmi iki il yarım vaxt qaldı. Təşkilatçıların bunun öhdəsindən çox qısa müddətdə uğurla gələ bilməsində, heç şübhəsiz, Britaniya təcrübəsindən səmərəli faydalanmanın mühüm rolu var.

Müəllif qeyd edir ki, “Bakı-2015” yarışları üçün Azərbaycana gələn qonaqlar “London kebadlanan əfsanəvi taksilər vasitəsilə tez bir zamanda Oyunların keçirildiyi arenalara ya hotellərə çatdırılırdılar. Bakının küçələrində yüzlərlə bu cür taksi işləyir.

Qonaqlar təşkilində Britaniya Olimpiya Komitəsinin sabiq rəhbəri Saymon Kleqin xidmətləri olan açılış mərasimindən Oyunlardan, şübhəsiz ki, təsirləndilər. S.Kleq “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru seçilməmişdən əvvəl London-2012 Yay Olimpiya Oyunlarının uğurla keçirilməsinə rəhbərlik edən şəxs olub.

Ç.Hendri yazır: “Son iki il yarım ərzində mən Avropa Oyunlarına hazırlıq işlərinin şəxsən şahidi oldum. Şəhərdə həyata keçirilən inşaat proqramı misli görünməyən bir proqram idi bu prosesə 20 min şirkət cəlb olunmuşdu. Ümumilikdə isə burada 18 yarış arenası var. Buraya yeni tikilmiş Gimnastika Mərkəzi, BMX, üzgüçülük atıcılıq üçün nəzərdə tutulmuş idman qurğuları, bundan əlavə 68 min tamaşaçı tutumu olan, atletika idman növləri, həmçinin açılış bağlanış mərasimləri üçün nəzərdə tutulan stadion daxildir.

Əlli ölkədən gəlmiş 6 mindən artıq idmançı 20 idman növü üzrə medallar uğrunda yarışıb. Onlardan 16 idman növü üzrə “Rio-2016” Yay Olimpiya Oyunları üçün təsnifat mərhələsindən keçmək imkanı təmin edilib. İdmançılar tam yeni inşa edilmiş Atletlər Kəndində yerləşdirilmişdi. Onların ərzaqları yeməkləri ən yaxşı qida mütəxəssisləri tərəfindən təyin edilirdi.

Biz açılış mərasimində digər 68 min tamaşaçı ilə birgə əyləşərək Odlar Yurdunun canlılığını, rəngarəngliyini ruhunu nümayiş etdirən əlamətdar bir şounu seyr etmək imkanı əldə etdik. Göstərilən tamaşada kaleydoskopik rəqs silsiləsi, atəşfəşanlıq, nəhəngnar onun içindən çıxandənələriəks etdirən şarlar, uçan xalça üzərində oturaraq muğam ifa edən Alim Qasımov, Qobustanın qayaüstü rəsmləri Con Lennonun “Imagine” mahnısını ifa edən Ledi Qaqa var idi.

Son olaraq məşəli cüdo üzrə ikiqat Paralimpiya Oyunları çempionu, Ermənistanla müharibə zamanı yaralanaraq görmə qabiliyyətini itirmiş İlham Zəkiyev daşıdı”.

Məqalədə diqqətə çatdırılır ki, açılış mərasimi Avropa Oyunlarının möhtəşəm birləşdirici gücünü nümayiş etdirdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib: “Biz rusiyalı idmançıların ukraynalı idmançılarla yanaşı yarışdığını görürük. Həmçinin burada Serbiya Kosovo komandaları, eləcə azərbaycanlı erməni idmançılar birlikdə yarışırlar. Bütün bu idmançılar açılış mərasimində birgə yürüş ediblər. İdmanın gücü bundadır - tarixindən, inancından ya milliyyətindən asılı olmayaraq bütün insanları bir araya gətirməkdə. Bu, idmanın edə biləcəyi bir şeydir bəlkə yalnız idmanın edə biləcəyi bir şey”.

T.Bax çıxışına belə davam edib: “Həqiqətən çox əzəmətli olan açılış mərasimi tarix, simvolizm mədəniyyət elementləri ilə dolu idi. Bu mərasimin ümumilikdə Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi təşkilatçıların qısa müddət ərzində gördüyü möhtəşəm işi əks etdirirdi. Bu, böyük nailiyyətdir”.

Sonda Ç.Hendri bildirir: “Təbii ki, bizim hamımızın Qərb mətbuatının tənqidləri barədə məlumatımız var. Lakin qeyd etməliyəm ki, getdiyim hər yerdə açılış mərasimi, ümumilikdə Avropa Oyunları barədə çox həvəslə danışıldığının şahidi oldum, söhbət etdiyim bütün insanlardan xoş münasibət gördüm. Mən çox xoşbəxtəm ki, Britaniya təcrübəsi bu uğura öz töhfəsini verib. Azərbaycan beynəlxalq arenada öz yerini tutmağa qərarlıdır. Növbəti Avropa Oyunlarının keçirilməsinə hansı ölkə cəhd edərsə, o, öz üzərinə çox çətin bir vəzifə götürməli olacaq”.

Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür: http://www.diplomatmagazine.com/issues/2015/july-august/989-the-baku-2015-games.html

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 6.