Milix Yevdayev ABŞ-ın “Jewish Journal” qəzetində Avropa Oyunlarının əhəmiyyətindən söz açıb

 

ABŞ-da  çıxan “Jewish Journal” qəzetində  Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevin  Azərbaycan, İsrail, idman fərqlənməsi universal dostluq  sərlövhəli məqaləsi dərc olunub (http://jewishjournal.com/mountain_jews_of_azerbaijan/item/azerbaijan_israel_sporting_excellence_and_universal_friendship).

Məqalədə Bakıda başa çatan I Avropa Oyunlarından söz açılır.

M.Yevdayev məqalədə vurğulayır ki, Oyunlar onun qürur mənbəyinə çevrilib. Müəllif yazır ki, bir yəhudi Azərbaycan vətəndaşı kimi, Azərbaycan İsrail idmançılarının çoxlu sayda medal qazanmasına sevinir.

M.Yevdayev qeyd edir ki, Azərbaycanın yəhudi icması İsrailin ilk dəfə beynəlxalq idman yarışına 142 idmançıdan ibarət ən böyük  nümayəndə heyəti göndərməsinə şad olub. Müəllif yazır: “İsrailin müsəlman ölkəsinə ən iri nümayəndə heyəti göndərməsi qeyri-adi görünə bilər. Əslində isə  bu, Azərbaycan ilə İsrail arasında  xüsusi münasibətlər olduğunu bu münasibətlərin həqiqi əhəmiyyətini növbəti dəfə əks etdirir.  M.Yevdayev  qeyd edir ki, 68 min tamaşaçı tutan Bakı Olimpiya Stadionu Oyunların açılış mərasimində tribunların qarşısından keçən İsrail nümayəndə heyətini hərarətlə salamlayıb.

Sonra Azərbaycanda tolerantlıqdan danışan müəllif vurğulayıb ki, Avropa Oyunları Azərbaycanın ümumi sülhə, dostluğa tolerantlığa sadiqliyinin möhtəşəm simvolu kimi xatırlanacaq.

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 6.