Yan QADRAVA: “Azərbaycan xalqına sülh zəngin mədəniyyətini qoruyub saxlamağı arzu edirəm

 

I Avropa Oyunlarında çimərlik voleybolu üzrə yarışların bürünc mükafatçısı Yan Qadrava AZƏRTAC-ın xüsusi müxbirinə qitə yarışlarının açılış bağlanış mərasimlərində keçirdiyi heyranlıq hisslərindən söz açıb. Bakı Olimpiya Stadionu haqqında xoş sözlər danışan idmançı onu yaraşıqlı müasir adlandırıb. Y.Qadrava deyib: “Atletlər Kəndində yaşayış şəraiti çox yaxşı idi. Tibbi xidmətə isə söz ola bilməzdi”.

Çexiyalı idmançı deyib ki, Oyunlar zamanı azərbaycanlı həmkarları ilə dostlaşıb: “Biz bir yerdə məşq edirdik. Yaxşı uşaqlardır. Onlar Badendə keçirilən qitə Kuboku yarışlarında layiqli rəqiblərimiz idi”.

Könüllülərin işini xüsusi vurğulayan Y.Qadrava deyib: “İsti olduğu üçün çox çətin idi. Amma onlar işlərinin öhdəsindən çox yaxşı gəldilər. Çox qoçaqdırlar böyük hörmətə layiqdirlər”. Azərbaycan mədəniyyətinin onun üçün əsl tapıntı olduğunu etiraf edən idmançı deyib: “Çoxşaxəli mədəniyyətdir, sanki rəngarəng palitranı xatırladır. Ciddi idman pəhrizinə görə istədiyimiz qədər yeyə bilmədik. Əvəzində gedəndə məşhur konyakınızı  aldım”.

Yan bir gün Bakıya turist kimi dönməyi, məşqlərə tələsmədən bu gözəl şəhərdə rahat gəzib-dolaşmağı vəd edir.

 

Azərbaycan.- 2015.- 11 iyul.- S. 6.