Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin xüsusi elçisi əlaqələndiricisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməsinin Oyunlar zamanı gözəl əhval-ruhiyyənin mövcud olmasının önəmini qeyd edən Amos Hokstayn bunun həm ölkəmiz, həm dünya üçün əhəmiyyətli hadisə olduğunu dedi.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimizin enerji sahəsində əməkdaşlığından məmnunluq ifadə olundu bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.

 

Azərbaycan.- 2015.- 12 iyul.- S. 1.