Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel ilə mənim Sizə xalqınıza yetirdiyimiz ən xoş arzulara Amerika xalqı da qoşulur.

Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən bizim güclü fəal Amerika müsəlman icması mənəvi yenilənmə ibadətlə Allaha daha yaxın olmağa can atmışlar. Ramazan ayı əzizlərlə bir yerdə olmaq, ehtiyacı olanlara yardım əli uzatmaq, habelə imanla gələn kamillik əmin-amanlıq barədə düşünmək imkanı olmuşdur. Bu, həmçinin oruc duaların bölüşdüyümüz dəyərləri insanlığımızı bizə xatırlatdığı bir ay olmuşdur.

Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf firavanlıq gətirsin.

Ramazan bayramınız mübarək!

Səmimiyyətlə,

 

Barak Obama

Amerika Birləşmiş Ştatlarının Prezidenti

Vaşinqton

 

Azərbaycan.- 2015.- 12 iyul.- S. 1.