Birinci Avropa Oyunlarının könüllülərinə təşəkkürnamələr təqdim olunub

 

“Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilində mühüm rol oynayan könüllülərin iyulun 11-də mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində keçirilən tədbirdə əvvəlcə könüllülərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Birinci Avropa Oyunlarında könüllülərin fəaliyyətini yüksək qiymətləndirən gənclər idman naziri Azad Rəhimov onları “Bakı-2015”-in mühüm parçası olduqları üçün təbrik edib. Nazir bildirib ki, birinci Avropa Oyunları uğurla təşkil olundu ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı. İdmançılarımızın qazandıqları nailiyyətlər bizi daha da sevindirdi. Ancaq könüllülərin işini unutmaq olmaz. Onların yarışlar zamanı xidmətlərini ürəkdən alqışlayırıq. Həqiqətən onlar əcnəbilərə qonaqpərvərliyimizi adət-ənənəmizi uğurla nümayiş etdirdilər.

Hazırda ölkəmizdə peşəkar könüllülərin mövcudluğunu diqqətə çatdıran nazir gələcəkdə onların yeni nəslə bu işin sirlərini öyrətməkdə yardımçı olacaqlarını ifadə edib. Bizim könüllülərlə işbirliyimiz bundan sonra da davam edəcək. Belə ki, qarşıda bizi “Formula-1” Avropa Qran-pri yarışları, IV İslam Həmrəylik Oyunları, Şahmat Olimpiadası, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunları gözləyir. Həmin yarışlarda da biz könüllülərimizin əməyindən yararlanacağıq.

Çıxışının sonunda nazir könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Birinci Avropa Oyunlarının təşkilində könüllülərin rolunu xüsusi vurğulayan təhsil naziri Mikayıl Cabbarov mötəbər yarışın ölkəmiz üçün qoyduğu mirasın əhəmiyyətini yüksək qiymətləndirib. Təhsil naziri deyib ki, “Bakı-2015”-in yüksək səviyyədə təşkilindən sonra Azərbaycan idman ölkəsi üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirən dövlət kimi tanındı. Oyunların bizə qoyduğu ən dəyərli miras insan kapitalıdır. Yarışların təşkilinə cəlb olunan mütəxəssislərimiz, əsasən gənclərimiz bu işə mühüm töhfə verdilər. Oyunlarda könüllülərin 14 mindən çoxu təhsil sistemindən qoşulmuşdu. Bu, bizi çox sevindirir. Bunu qürurverici hal kimi dəyərləndirirəm.

Nazir qeyd edib ki, dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Könüllülük hərəkatının tələbələr arasında sistemli şəkildə həyata keçirilməsi üçün bu əlamətdar gündə bir çox tədbirlərin təşkili nəzərdə tutulub.

Könüllülər adından çıxış edən Gülnar Mərdanova onlara yaradılan şəraitə fəaliyyətlərinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.

Sonra bir qrup könüllüyə Azərbaycan Prezidenti İlham Əliyev “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanmış təşəkkürnamələr təqdim olunub. İlk 50 könüllüyə təşəkkürnamələri gənclər idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov təqdim ediblər. Təşəkkürnamələrin digər hissəsi gələn həftə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən veriləcək.

 

Azərbaycan.- 2015.- 12 iyul.- S. 2.