Masallıda Azərbaycan milli mətbuatının keçdiyi yol müasir dövrdə medianın qarşısında duran vəzifələr müzakirə edilib

 

İyulun 13-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı iləAzərbaycan milli mətbuatı-140: inkişaf yolu müasir dövrün çağırışlarımövzusunda regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan, Neftçala, Hacıqabul rayonlarının Şirvan şəhərinin icra hakimiyyəti başçılarının müavinləri - ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdirləri, yerli mətbuat orqanlarının baş redaktorları, Bakıda fəaliyyət göstərən KİV-lərin rəhbərləri, ziyalılar qocaman jurnalistlər iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

MasallınınHalayfolklor kollektivi Heydər Əliyev Mərkəzinin rəqs qrupunun üzvləri tədbir iştirakçıları qarşısında çıxış ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edərək, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Ümummilli lider Heydər Əliyevin milli mətbuatımıza göstərdiyi xüsusi diqqət qayğıdan danışan R.Hüseynov bildirib ki, məhz ilk dəfə olaraq Ulu Öndərin imzaladığı Sərəncama əsasən, Azərbaycan mətbuatının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin milli mətbuatımıza hər zaman xüsusi diqqət yetirdiyini vurğulayan R.Hüseynov dövlətimizin başçısının imzaladığı sərəncamlarla ölkəmizdə milli mətbuatımızın yubileylərinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev milli mətbuatımızın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Prezident İlham ƏliyevinAzərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamına əsasən təşkil edilən regional konfransın bundan əvvəl Zərdabda, Qəbələdə Gəncədə keçirildiyini vurğulayan Vüqar Əliyev, yekun tədbirin iyulun 22-də Bakıda olacağını diqqətə çatdırıb.

Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətləri olanƏkinçiqəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı demokratikləşməsi istiqamətində görülən işlərdən söhbət açan Prezident Administrasiyasının rəsmisi bildirib ki, milli mətbuatımızın intibah dövrü Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlayıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda azad mətbuatın formalaşmasındakı rolunu yüksək qiymətləndirən Vüqar Əliyev məhz Ulu Öndərin imzaladığı sərəncamlarla 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzuranın ləğv edildiyini, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun qəbul olunduğunu, 2003-cü ildə Mətbuat Şurasının yaradıldığını diqqətə çatdırıb.

Böyük rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Vüqar Əliyev dövlətimizin başçısının imzaladığı Sərəncamla 2009-cu ildə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradıldığını Fond tərəfindən KİV-lərə davamlı olaraq maddi yardımın göstərildiyini bildirib.

Vüqar Əliyev daha sonra deyib: “Bu gün Azərbaycanda güclü media formalaşıb. Biz bunu Bakıda keçirilən birinci Avropa Oyunları zamanı aydın müşahidə etdik. Azərbaycan jurnalistləri əsl peşəkarlıq nümayiş etdirərək dövlətimizi layiqincə dəstəklədilər. Avropa Oyunları zamanı bir sıra xarici ölkələrin təşkil etdikləriqarayaxmakampaniyasına Azərbaycan mediası layiqli cavab verdi”.

Ölkəmizdə azad mətbuatın inkişafı üçün hər cür şəraitin yaradıldığını, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü deyən Vüqar Əliyev həyata keçirilən tədbirlər nəticəsində regionlarda da mətbuatın inkişaf etdiyini, peşəkar kadrların yetişdiyini, “Əkinçiqəzeti ilə başlanan ənənələrin uğurla davam etdirildiyini bildirib.

Regional konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Azərbaycanda siyasi düşüncənin intibahının məhz milli mətbuatın yaranması ilə bağlı olduğunu vurğulayan Ə.Amaşov ölkəmizdə milli azadlıq hərəkatının formalaşmasında medianın rolunu yüksək qiymətləndirib.

Ölkəmizdə media ilə bağlı güclü qanunvericilik bazasının yaradıldığını deyən Mətbuat Şurasının sədri Azərbaycanda 5 minə yaxın KİV-in qeydə alındığını diqqətə çatdırıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda jurnalistlərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, dünyanın heç bir yerində mətbuat işçiləri dövlət tərəfindən evlə təmin edilmir. 2013-cü ildə Bakı şəhərində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli binada 156 jurnalistin hər bir şəraiti olan mənzillərlə təmin olunduğunu vurğulayan Vüqar Səfərli mətbuat işçiləri üçün inşa edilən 255 mənzilli ikinci yaşayış binasının 2016-cı ildə istifadəyə veriləcəyini qeyd edib.

Tədbirdə çıxış edən rayonların icra hakimiyyətləri başçılarının müavinləri, yerli qəzetlərin redaktorları region mətbuatının hazırkı vəziyyətindən, son dövrlərdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Konfransa yekun vuran Prezident Administrasiyasının rəsmisi Vüqar Əliyev mətbuatın qarşısında duran vəzifələrdən, regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından danışıb, verilən təkliflərə münasibətini bildirib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 14 iyul.- S. 7.