Azərbaycan dünya idman tarixinin şərəfli səhifəsini yazdı

 

12-28 iyun 2015-ci il! Bu 17 günlük möhtəşəm  təqvimi dünya tarixinə məhz Azərbaycan yazdı. Həmin günlər ərzində Avropa qitəsi tarixdə ilk dəfə olaraq öz Oyunlarını keçirdi. Bu idman tədbirinin təməlini Avropanın böyük dövlətləri deyil, gənc müstəqil Azərbaycan qoydu. Müstəqilliyinin 24-cü ilində Azərbaycan təkcə sürətli inkişafı, dayanıqlı sabitliyi ilə deyil, həm yüksək səviyyəli təşkilatçılığı ilə mühüm beynəlxalq tədbirlərin məkanı oldu.

Oyunlar zamanı qazanılan zəfərlər, medallar, üstəlik Prezident İlham Əliyevin ailəsi ilə yarış meydanlarında izləməsi idmançıları şəxsən təltif etməsi xalqımıza böyük sevinc bəxş etdi. İdman arenalarında üçrəngli bayrağımızın hər gün digər bayraqlardan daha ucaya qalxdığını görəndə, qazanılan medalların sayına görə Avropanın ən güclü dövlətlərini geridə qoyanda çox güclü bir dövlətə çevrildiyimizi bir daha sübut etdik.

Azərbaycan I Avropa Oyunları ilə dünyaya mesaj göndərdi. Bildirdi ki, “mən güclüyəm, mən bacarıram mən qalib gəlirəm”. Ölkəmiz Avropa Oyunlarına cəmi iki il yarıma hazırlaşdı onu Olimpiya Oyunları səviyyəsində keçirdi. Bəlkə buna görə idi ki, hər kəs Avropa Oyunlarını Olimpiya Oyunları ilə qarışıq salırdı.Yeri gəlmişkən, dünyanın digər böyük şəhərlərində Olimpiya Oyunlarına hazırlıq prosesi azı 7-8 il çəkir. Hətta, bu müddətə tam hazır olmayan şəhərlər olub. Paytaxtımızda isə 2,5 ilə 68 min tamaşaçı tutumlu Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Sayayı, Milli Gimnastika Arenası tikilib istifadəyə verildi. Digər idman obyektləri yenidən qurularaq müasir avadanlıqlarla təchiz olundu, yaşıllıqlar artırıldı, yolların asfalt örtüyü təzələndi. Yeni hotellər, istirahət güşələri tikildi. Böyükşor gölünün 300 hektarlıq ərazisi çirkabdan təmizləndi. Sahilboyu geniş park salındı. Minlərlə dekorativ ağac kollar əkildi. Sözsüz ki, bu da Avropa Oyunlarının paytaxta verdiyi böyük töhfələrdən biri idi.

Bütün bu uğurların arxasında  xalqın birliyi ilə yanaşı, Prezident İlham Əliyevin qətiyyəti

I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mübarizliyi dayanırdı. Onların əzmkarlığı sayəsində Avropa Oyunları bütün dünyaya səs saldı, Oyunların gələcək standartları Azərbaycanda müəyyənləşdi.

Nəticədə Avropa Oyunları möhtəşəmliyi uğurları ilə göz qamaşdırdı. Ölkəmizin uğurlarını gözügötürməyən bəzi dairələr fürsətdən yararlanaraq növbəti qarayaxma böhtan dalğası yaratmağa cəhd göstərib Oyunlar ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyalarına başladılar. Avropa Şurası Parlament Assambleyası, ATƏT bəzi  beynəlxalq təşkilatlar öncə düşündülər ki, Azərbaycan bu müddətə Oyunlara hazır ola bilməyəcək, bütün Avropanın qarşısında çətin vəziyyətə düşəcək. Amma xalqımızın qətiyyət nümayiş etdirərək, Oyunları yüksək səviyyədə keçirib qaraguruhçuların planlarını puç etdi. Halbuki Azərbaycanda guya insan haqlarının pozulmasından danışan, ən adi hadisəyə belə ciddi qanun pozuntusu kimi yanaşan bəzi qərb dairələri xristian ölkələrindəki insan hüquqları pozuntularına göz yumurlar. İllərdir ki, işğalçı Ermənistana sanksiyalar tətbiq edə bilməyənlər yaxud da etmək istəməyənlər bu işğalçı ölkəyə maliyyə yardımı ayıraraq xristian təəssübkeşliyi nümayiş etdirirlər.

Amma bütün bu hücum dalğalarına məhəl qoymayan Azərbaycan Avropa qarşısında götürdüyü öhdəliyi yüksək səviyyədə yerinə yetirdi. Növbəti uğuru ilə ölkəmiz bir daha düşmənlərə göz dağı çəkdi. Bu Oyunların uğurlarından hər bir azərbaycanlının ailəsinə pay düşdü. İndi hər kəs övladının idmançı olmasını istəyir.

I Avropa Oyunları idmanımızla yanaşı, milli mətbəximizi, adət-ənənələrimizi, tariximizi milli-mənəvi dəyərlərimizi geniş şəkildə təbliğ etdi. Qonaqpərvərliyimiz, bölgələrimiz, təbiətimiz milli sərvətlərimiz bütün dünyaya nümayiş olundu. I Avropa Oyunları eyni zamanda Azərbaycanı həm turizm ölkəsinə çevirməyi bacardı.

 

Ləman SÜLEYMANOVA

 

Azərbaycan.- 2015.- 14 iyul.- S. 10.