Şair-publisist Rəşad Məcidin italyan dilində çapdan çıxmış şeirlər kitabının Milanda təqdimatı keçirilib

 

Milan şəhər bələdiyyəsinin binasında Cüzeppe Verdi adına Milan Konservatoriyasının, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) adıçəkilən şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə şair-publisist Rəşad Məcidin italyan dilində çapdan çıxmış “O” (La Donna) adlı şeirlər kitabının şairin şeirlərinə italyan dilində bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı keçirilib.

Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, nazirliyin şöbə müdiri, şair Vaqif Bəhmənli, gənc yazıçı Pərvin, xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu, eləcə İtaliyanın ədəbi dairələrinin nümayəndələri, incəsənət xadimləri, mədəniyyətşünas alimlər, ölkəmizin ədəbiyyatına maraq göstərən kitabsevərlər iştirak ediblər.

Tədbiri açan Milan şəhər bələdiyyəsinin milli şurasının sədri Bazilio Rossi qurumun mədəniyyət məsələləri üzrə şöbəsinin müdiri Cüzeppe Landonio nəşrlə bağlı təəssüratlarını bölüşüblər. Bildiriblər ki, belə bir kitabın italyandilli oxuculara təqdim olunması Azərbaycan ədəbiyyatının tanıdılması baxımından önəmli addımdır. Vurğulanıb ki, Azərbaycanın qədim tarixə zəngin mədəni irsə malik bir ölkə olması artıq italiyalılara məlumdur. Xüsusilə “Milan Expo 2015” beynəlxalq sərgisindəki bu ölkənin pavilyonu vasitəsilə Azərbaycanı daha yaxından tanımaq, onun inkişafını izləmək imkanı yarandı.

Azərbaycanın dostu, italyan şair, bəstəkar, Milan Konservatoriyasının professoru, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Davide Qualtieri çıxış edərək Azərbaycanın mədəniyyətindən incəsənətindən, kitabın mədəni əlaqələrimizə mühüm töhfə verəcəyindən danışıb. Bildirib ki, italiyalı ədəbiyyatsevərlər Rəşad Məcid kimi istedadlı mahir bir ədibin yaradıcılığı vasitəsilə Azərbaycan ədəbiyyatına səyahət etmək imkanı əldə ediblər.

Sonra Azərbaycanın incəsənət ustaları Elşən Mansurovun, Fikrət Verdiyevin, Sevinc Sarıyevanın ifalarında muğam səslənib. Tədbirboyu Azərbaycan İtaliya musiqilərinin sintez şəkildə müşayiəti ilə Rəşad Məcidin həm Azərbaycan, həm italyanca səslənən şeirləri tamaşaçılarda böyük maraq oyadıb. Həmçinin Azərbaycan milli geyimində olan italyan rəqs ustaları musiqiçilər improvizə olunmuş rəqs balet kompozisiyaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev tədbirin əhəmiyyətini vurğulayaraq təşkilatçılara minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanın sevilən şairi Rəşad Məcidin şeirlər kitabının İtaliyada işıq üzü görməsi ölkələrimizin ədəbi əlaqələrinə müsbət təsir göstərəcək. Ümid edirik ki, ölkəmizin mədəni xüsusiyyətlərini tanıdan belə tədbirlər tez-tez keçiriləcək.

Tədbirdə çıxış edən İsa Həbibbəyli diqqətə çatdırıb ki, dünyanın incəsənət ölkəsi olan İtaliyada Rəşad Məcidin şeirlər toplusunun təqdimatı təkcə şairin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının böyük uğurudur. Bu kitab xalqlarımızın möhkəm etibarlı dostluğunun nümunəsi kimi əlvan poeziya çələngidir. Əminəm ki, bu şeirləri italyan oxucular da bəyənəcəklər.

Bildirilib ki, Rəşad Məcid bir ədəbi şəxsiyyət olaraq hər cəhətdən yaradıcı, orijinallığı genişliyi ilə fərqli görünən professional bir Azərbaycan ziyalısıdır. Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, milli düşüncəsi, açıq yaradıcı təfəkkürü Rəşad Məcidin simasında ümumiləşir. Şeirlə bədii yaradıcılığa başlayan izlər salan, jurnalistika publisistika ilə cəmiyyətin inkişafına xidmət edən Rəşad Məcid nəsrdə öz möhürünü vurub. O deyib: “Fikrimcə bu görüş təqdimatına yığışdığımız kitab İtaliya-Azərbaycan ədəbi əlaqələrinin inkişaf tarixində ayrıca yer tutacaq. Arzu edirəm ki, bu hadisə ənənə halını alsın ədəbi-mədəni əlaqələrimiz genişlənsin”.

Sonda tədbirin keçirilməsində yaxından iştirak edənlərə AYB tərəfindən təşəkkürnamə, Azərbaycan Mədəniyyət Turizm Nazirliyi adından isə xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, AMA-nın sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında D.Qualtieri tərəfindən italyan dilinə çevrilmiş kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri yer alıb.Treditrenəşriyyat evində çapdan çıxan kitab D.Qualtierinin Rəşad Məcidə həsr etdiyiKörpü salırıqşeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat D.Qualtierinin şeirlər haqqında essesi verilib. 

 

Maqsud DADAŞOV,

AZƏRTAC-ın xüsusi müxbiri

 

Milan

 

Azərbaycan.- 2015.- 14 iyul.- S. 11.