Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmişTələbə-məzundövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 89, № 7, maddə 621; 2014, № 5, maddə 447, № 9, maddə 1027; 2015, № 4, maddə 373; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 iyun tarixli 548 nömrəli Fərmanı) ilə təsdiq edilmişTələbə-məzundövlət elektron məlumat sistemi haqqında Əsasnamə”  aşağıdakı məzmunda 6.10-2-ci yarımbənd əlavə edilsin:

“6.10-2. Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2015-ci il

 

Azərbaycan.- 2015.- 15 iyul.- S. 4.