Daxili İşlər Nazirliyinin birinci Avropa Oyunları zamanı xidmətdə fərqlənən bir qrup əməkdaşına mükafatlar təqdim olunub

 

İyulun 14-də Daxili İşlər Nazirliyində (DİN) “Bakı-2015” birinci Avropa Oyunları zamanı ictimai asayişin qorunmasında qarşıya qoyulan tapşırıqların təhlükəsizliyin təmin edilməsi üzrə vəzifələrin yerinə yetirilməsində fərqlənmiş bir qrup əməkdaşa mükafatların təqdim olunması ilə bağlı təntənəli mərasim keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimi açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti gərgin əməyi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı xidmətləri sayəsində ötən ay respublikamızda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilini məmnunluqla xatırladıb. Birinci Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşın hərbi qulluqçunun qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək əsl vətənpərvərlik peşəkarlıq nümayiş etdirdikləri vurğulanıb.

Yarışların ölkəmizin adına nüfuzuna layiq təhlükəsizlik əmin-amanlıq şəraitində keçməsi üçün böyük fəaliyyət ortaya qoyulduğu, belə nümunəvi fədakar xidmətin həm xalqımız, həm ölkəmizə gəlmiş çoxsaylı qonaqlar, turistlər idmançılar tərəfindən razılıqla qarşılandığı qeyd edilib.

Dövlətimizin başçısının tapşırığı ilə birinci Avropa Oyunları zamanı xidməti vəzifələrini nümunəvi yerinə yetirdiklərinə, ictimai qaydanın təhlükəsizliyin təminində yüksək peşəkarlıq göstərdiklərinə görə daxili işlər nazirinin müvafiq əmrləri ilə 2145 əməkdaş hərbi qulluqçunun mükafatlandırıldığı, eyni zamanda, ərazi polis orqanlarından nazirliyin rəhbərliyinədək olan səviyyədə isə ümumilikdə təqribən 7 min nəfər barəsində müxtəlif həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu diqqətə çatdırılıb.

Nazir nümunəvi xidmətə görə bütün şəxsi heyətə təşəkkürünü bildirib.

Sonra Baş Kadrlar İdarəsənin rəis müavini, polis polkovniki Səfər Əliyev mərasimə dəvət olunan 155 əməkdaşın siyahısını elan edib.

Nazir Ramil Usubov mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik edib, hər bir təltifin yüksək məsuliyyət doğurduğunu xatırladıb, onlara xidməti fəaliyyətdə uğurlar, möhkəm cansağlığı, ailə səadəti arzulayıb.

Tədbirin sonunda daxili işlər naziri mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edib ki, şəxsi heyət qanunvericiliklə üzərlərinə düşən vəzifələri, dövlətimizin başçısının qarşıya qoyduğu bütün tapşırıqları bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, Vətənə xalqa sədaqətlə xidmət edəcək.

 

Azərbaycan.- 2015.- 15 iyul.- S. 11.