Alina Maxinya: "Bakı, nağıllar aləminə görə çox sağ ol!"

 

Tarixdə ilk dəfə olaraq Azərbaycanın paytaxtında keçirilmiş birinci Avropa Oyunları artıq arxada qalıb, lakin xoş xatirələr müsbət emosiyalar bu möhtəşəm hadisədə iştirak etmiş Ukrayna idmançılarının məşqçilərinin, habelə milyonlarla pərəstişkarımızın yaddaşında hələ uzun müddət qalacaq.

"Bakı-2015" Oyunlarında Ukrayna atletləri 46 medal qazanıblar: 8 qızıl, 14 gümüş 24 bürünc.

Ukrayna komandasının qızıl medal qazanmış idmançılarının siyahısında Alina Maxinya (sərbəst güləş) birinci yerdədir.

Alina AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə deyib: "Xoşbəxtəm ki, idmançılarımız üçün qızıl medallara yol açdım. Bundan başqa, birinci Avropa Oyunlarında Ukraynanın ilk qadın çempionu olmağım çox xoşdur. İndi Bakı mənə hər cəhətdən yaxın sevimli bir şəhərdir. Özü təkcə yüksək mükafat aldığıma görə yox.

Yəqin çoxları mənimlə razılaşar ki, Bakı Azərbaycan dünyaya, zənnimcə, təşkilat baxımından Olimpiya Oyunlarından qətiyyən geri qalmayan möhtəşəm kompleks yarışlar bəxş etdi. Hiss olunurdu ki, bakılılar, ölkənin rəhbərliyi, onun Prezidenti İlham Əliyev, Oyunların Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva bu böyük işə canlarını qoyublar, vəzifələrini ən yüksək səviyyədə yerinə yetiriblər!

Oyunların arenaları müasir çox gözəldir. Onlar yığcam şəkildə tikilib. Yarışlar üçün ərazi şəhərin mərkəzində ayrılıb. Hər yer yaxın idi. Məşhur Bakı bulvarı, mavi Xəzər, sehirli nağıllar aləmini xatırladan, dar küçələri, orijinal arxitekturası olan İçərişəhər...

Avropa Oyunlarının açılışı mərasimi məni xüsusilə valeh etdi. Belə bir tədbirdə heç vaxt olmamışdım. Buna görə gördüklərimi gözəllik, harmoniya yüksək sənət bayramı kimi xatırlayıram. Yaraşıqlı stadionun ağzınadək tamaşaçı ilə dolu olan tribunaları hələ gözümün qabağındadır. Hamı dünya səviyyəli möhtəşəm bir şounun şahidi oldu. Təntənəli açılış mərasimi parlaq sürprizlərlə dolu fantastik nağıl idi.

 

AZƏRTAC

Azərbaycan.- 2015.- 15 iyul.- S. 13.