İoan Bırladeanu: Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında iştirak etmək rumın atletləri üçün qürurverici idi

 

Rumıniya Kanoe Federasiyasının prezidenti İoan Bırladeanu AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bu ölkənin kanoe idmanı üzrə atletlərinin “Bakı-2015” ilk Avropa Oyunlarında yüksək nəticələr göstərdiyini bildirib. O deyib ki, Rumıniya nümayəndə heyəti üçün birinci medalı (gümüş) Roksana Borha Elena Meroniakdan ibarət qadın kanoe komandası qazanıb.

Federasiyanın prezidenti yarışların keçirildiyi Mingəçevir şəhərində yaradılan infrastrukturun ən yüksək standartlara cavab verdiyini deyib. O, Azərbaycanda rumın idmançılara olan səmimi münasibəti, yüksək qonaqpərvərliyi xüsusi vurğulayıb.

İ.Bırladeanu dost Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında iştirak etməyin rumın atletləri üçün qürurverici olduğunu deyib. O, Azərbaycanda keçiriləcək yeni yarışları səbirsizliklə gözlədiyini qeyd edib

 

Azərbaycan.- 2015.- 15 iyul.- S. 13..