Həblül-Mətinqəzeti Haaqa konfransının nəticələri haqqında

15 İyul 2015

 

Qafqazda ikinci sülh konfransının çağırılması məsələsi Kəlküttədə nəşr olunanHəblül-Mətinqəzetinin səhifələrində xeyli bədbin mülahizələrin ortaya çıxmasına səbəb olmuşdur. Bu qəzetin üçüncü nömrəsində dərc olunmuş məqalənin müəllifi birinci Haaqa sülh konfransından bəri baş vermiş siyasi hadisələrin icmalını verir gözümüz qabağındakı qəmli varlığı nəzərdə tutaraq, həmin konfransın mənəvi nailiyyətini rədd edir. Məqalə müəllifi deyir: “Yadımıza salaq ki, cəmisi altı il bundan qabaq 20 Avropa 4 Asiya dövlətinin nümayəndəsi bütün dünyada sülhü təmin etmək dövlətlərin gələcək silahlanmasına son qoymaq məqsədilə Niderlandiya kraliçasının iqamətgahında müşavirə edirdilər. Bəs bunun axırı necə oldu? Nümayəndələr müqavilə imzalayıb, hərə öz ölkəsinə yola düşüb getdi. Bunun ardınca İngiltərə Transvaalı işğal etməyə üz qoydu. Fransa təcili olaraq Mərakeşə qoşun göndərdi. Avstriya albanlara qələbə çalmaq fikrinə düşdü, bəşəriyyəti daha təkmilləşdirilmiş yolla qırmaq üçün silahlar hazırlayan yapon fəhlələri isə, gündə on saat əvəzinə, gecəli-gündüzlü işləməyə başladılar.

Baş verən beynəlxalq hadisələr haqqında öz mülahizələrini söyləyib, xüsusi bir ehtiramla anası imperatriçəyə bu sözləri deyən gənc Çin imperatorunun uzaqgörənlik itigözlülüyü adamı heyran qoyur: “Mənim əziz anam, mənə belə gəlir ki, bütün bu sülh müqavilələrindən məqsəd həmin müqavilələri bağlayan dövlətlərin bizim yerlərimizi öz aralarında bölüşdürmək istəmələridir, odur ki, bu barədə ciddi düşünmək təcili tədbirlər görmək lazımdır: birinci növbədə mən bizim alçalma köləlik simvolu olub, xalqı əzən uzun hörüklərimizi kəsməyi təklif edirəm. İşıq səadətə doğru gedən yolda bizim qabağımızı tutan bu uzun saçları kəsək, beləliklə, əsrlərdən bəri bizi nadanlıq zülməti içərisində saxlamış ağır yükü çiynimizdən atıb, cəsarətlə meydana atılaq özlərini sülh axtaranlar kimi göstərənlərin gözlənilən hücumlarını dəf edək”. Lakin Çin nazirləri, kraliçənin yaxın adamları - acı meyvəli azman ağacın bu acı rişələri öz mövqelərini saxlamaq onlar üçün əlverişli olan dövlət üsulunun toxunulmazlığını qorumaq məqsədilə imperatriçəni inandırmağa başladılar ki, xatakar şeytan onun oğlunu yoldan çıxarmışdır. Çünki imperatriçənin oğlu dinin müqəddəsləşdirdiyi qədim ənənələrə qəsd etmək kimi ədəbsizlik edir gözəl vətənin nəvazişlə bəsləyib saxladığı hörükləri cavanlıq yelbeyinlik xəncəri ilə kəsib məhv etmək istəyir.

Dindar imperatriçə bu söz-söhbətə inanıb, oğlunu dəlilər evinə salmağı əmr etdi. Elə təsadüfən o günlər tamam Haaqa sülh konfransının əks-sədası olaraq, böyük sürət qızğınlıqla Port-Artur, Koreya Çində hündür istehkamlar tikməyə başladılar.

Həblül-Mətin”dəki məqalədə həyəcanla deyilir ki, bu da Avropa mədəniyyəti insaniyyətinin meyvəsi! Sən ey müdrik insan! Qərbdən baş qaldırıb çıx bax gör ki, Avropa torpağına səpilmiş sülh toxumları necə cücərmişdir! Böyük dövlətlərin adı bəşər tarixinə gör necə biabırçılıqla yazılacaqdır! Xalqların salnamələrində gələcək nəsillər üçün onlardan gör necə mənhus səhifələr yadigar qalacaqdır!

Biz inanmırıq dünyada elə bir adam tapılsın ki, XIX əsrin axırlarında son illərdə baş vermiş hadisələri heç olmazsa azacıq yadda saxlaya-saxlaya (qoy o lap meşədə yaşayan adam olsun) Qərbdən gələn sülhpərvər bəyanatlara etimadla yanaşsın. Məqalədə deyilir ki, axı cəmisi altı il bundan qabaq bütün rus qəzetləriNovoye vremyailə birlikdə ağız-ağıza verib öz sülhpərvərliyi haqqında bağırırdılar. Bəs sonra oldu? İndi həmin o qəzetlər deyirlər ki, yer üzündə bircə rus soldatı qalıncaya qədər müharibəni davam etdirmək lazımdır. Bəs o sülhpərvərlik necə oldu?

Lakin mədəni Avropadakı mövcud ictimai siyasi həyat şəraitində sülh mümkün olan şeydirmi? Məqalə müəllifi bu suala mənfi cavab verərək, öz fikrini belə izah edir: vəziyyəti diqqətlə nəzərdən keçirdikdə biz hər tərəfdə tərəqqiyə doğru qızğın bir hərəkət müşahidə edirik. Milli şüurdakı oyanıqlıq, hissiyyat tələbat incəliyi ən uca bir mərtəbəyə çatmaqdadır. Bir vaxt vardı ki, bizim ata-babalarımız təkcə palçıq bardağa kobud yundan toxunmuş bir cüt sadə geyimə qane olurdular. İndi isə Amerikada 25 mərtəbəlik evlər meydana çıxmağa başlamışdır. Bu evlərdə yeyilən xörəklərin sayı 25-ə çatır; insanların milyonlarla başqa ehtiyac tələblərinin təmini o ayaqdan. Aydındır ki, belə bir qaynar get-gedə artan həyat fəaliyyəti ərazinin durmadan, hədsiz-hesabsız artmasını tələb edir; bu da ki, hərbi qüvvə ona xas olan bütün atributlar vasitəsilə əldə edilə bilər.

Mirzə Cəlil

 

Redaksiyadan:

Mirzə Cəlilin 115 il əvvəl yazdığı bu xülasəni ona görə dərc edirik ki, oxucularımız köhnə Qərblə müasir Qərbin siyasi ambisiyalarındakı bənzər məqamları tuta bilsinlər. Avropanın yüz il öncəki indiki sülh savaşı arasında ciddi fərq sezilmir. Qərbi həqiqətən anlamaq çətindir. Ona görə yox ki, dəryadır. Bəlkə dəryadır, amma suyu bulanıqdır, dibi görünmür, dərinliyi müəmmalıdır. Məsələn, 20 ildən yuxarıdır ki, işğalçı Ermənistanı qəyyumluğa götürüb, Azərbaycan torpaqlarından çəkilməsi tələbi əvəzinə bizi kompromislərə səsləyir.

Başqa bir nümunə var. Neçə ilƏrəb baharıdeyilən bir siyasi mərəkə qurdular, bir ilə yaxın da züy tutdular ki, bubaharərəb ölkələrinə azadlıq gətirəcək! Qərbin ərəb səhralarına gətirdiyibaharsülh əvəzinə milyonlarla müsəlmanı üz-üzə qoyub, sonsuz savaşların alovuna atdı. Baharqan qoxudu, qanla da çiçəklədi. Qərb sülh uğrunda belə savaşır. İndi bu sülh savaşı müsəlman dünyasını elə qana boyadı ki, ərəb ölkələrində daş üstündə daş qalmadı. Ona görə bu günƏrəb bahar”ını, digər rəngli inqilabları işğalçı Ermənistanla kompromis valsını təklif edən Qərbin müasir sülh səylərini anlamaq üçün keçmişə qayıdıb, Azərbaycan mətbuatının ağsaqqallarının ötən əsrdə bu haqda yazdıqlarından ibrət almaq vacibdir. Bizim rəhmətlik Mirzə Cəlil 1900-cü ildə Haaqa Sülh Konfransını elə şərh edib ki, onu oxuyanda bu gün, bəlkə , 100 il bundan sonra müasir dünya düzənində böyük güclərin sülh proseslərini hansı məcrada aparacaqlarını aydın görmək olur.

 

Azərbaycan.- 2015.- 15 iyul.- S. 14.