Bakıda Fransanın milli bayramı qeyd edilib

 

İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Fransanın dövlət himnləri səsləndirilib.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxış edərək ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib.

Ölkələrimiz arasındakı əlaqələrdən söhbət açan diplomat qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin danışıqların münasibətlərimizin inkişafına əlverişli zəmin yaratdığını deyib.

Azərbaycanın dinamik inkişafını qeyd edən səfir siyasi, iqtisadi əlaqələrin, habelə elm, təhsil mədəniyyət sahələrində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa münasibətlərinin inkişafına verdiyi töhfələr qeyd edilib.

Səfir Bakıda ilk Avropa Oyunlarının çox uğurla keçdiyini vurğulayıb. O, Fransanın Oyunlarda 250 nəfərlik nümayəndə heyəti ilə təmsil olunaraq 5-ci pillədə qərarlaşdığını xatırladıb.

Mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva əlamətdar gün münasibətilə Azərbaycan hökuməti adından Fransa xalqını təbrik edib. O, ölkələrimiz arasında əlaqələrin dərin tarixi köklərinin olduğunu, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, siyasət, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Əlavə edib ki, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Fransa hökumətləri arasında iqtisadi komissiya parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. “Biz inanırıq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə töhfəsini verəcək”, - deyə S. Məmmədəliyeva qeyd edib.

Qəbula rəsmi şəxslər, Milli Məclisin deputatları, elm mədəniyyət xadimləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri qatılıblar.

Tədbirdə, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva iştirak edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 15 iyul.- S. 15.