Sonsuz Dəhlizfilmi Madrid festivalının mükafatlarına layiq görülüb

 

Litvalı rejissor Aleksandras Brokasın Xocalı faciəsi haqqında çəkdiyiSonsuz Dəhliz” (“Endless Corridor”) filmi beynəlxalq kinofestivalların rəğbətini qazanmaqda davam edir. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 10-da Madrid Tenerife Beynəlxalq Film FestivallarıSonsuz DəhlizfilminiƏn Yaxşı Sənədli Film” Aleksandras BrokasıƏn Yaxşı Sənədli Film Rejissorunominasiyası üzrə qalib elan edib.

Filmin beynəlxalq uğuruna sevinən Aleksandras Brokas bu münasibətlə deyib: “Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Mənimlə birgə çalışan yaradıcı komandaya faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm.

Sonsuz Dəhlizfilminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır.

Madrid Tenerife Beynəlxalq Film Festivallarında aldığımız bütün mükafatlar, həmçinin,“Accolade Global Film Competition” müsabiqəsində aldığımız “The Best of Show” mükafatını biz filmin qəhrəmanlarına Xocalı faciəsində həlak olmuş insanların əziz xatirəsinə həsr edirik.

“Accolade” nəşrinin mükafatı beynəlxalq kino sənayesində çox nüfuzlu mükafatlardan biridir. Müsabiqənin münsifləri Hollivudun məşhur film yaradıcılarıdır. Onlar həmçinin, “Emmi “Oskar” (Akademiya Mükafatları) mükafatları üçün keçirilən səsvermədə iştirak edirlər. Bu mükafata layiq görülməkSonsuz Dəhlizfilminin 2015-ci ilin ən yaxşı sənədli filmi olması deməkdir. bu mükafatı aldığımıza görə bizim gələn il üçünEmmimükafatları almaq şansımınızı artırır.

Sonsuz Dəhlizfilmi bütün dünyada keçirilən 60-dan artıq kino festivallarına təqdim edilmişdir. Çoxları onu artıq rəsmi proqramlarına daxil ediblər. Növbəti festival Cənubi Afrikada keçirilən nüfuzlu Keyptaun Film Festivalıdır. Həmçinin, gələn ay Toronto IFF AFI FEST (Amerika Film İnstitutu) da öz rəsmi seçimlərini elan edəcəkdir”.

Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak etmişdir. Sonsuz dəhlizsənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilmişdir. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilmişdir. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulmuş, Qarabağın Azərbaycan tarixi mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilmişdir. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər vaxtilə çəkilmiş video-görüntülər foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Sonsuz dəhlizfilminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilənXocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. Həmçinin, TürkiyəninKanal 24” kanalında Albaniyanın Milli Televiziyasında nümayiş olunub. Dünyanın aparıcı televiziya kanalları da filmi nümayiş etdirməyə hazırlaşır.

 

Azərbaycan.- 2015.- 15 iyul.- S. 15.