Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bunu bir daha vurğulayıb

 

İlin arxada qalan birinci yarısının sosial-iqtisadi göstəriciləri Azərbaycanın inkişafının davamlı olduğunu təsdiqləyir. Bu nailiyyətlər 6 ayın yekunlarına aid rəqəmlərdə öz əksini tapıb.

Belə ki, sənayedə təxminən 4 faiz, kənd təsərrüfatında 7 faizdən çox artım olub. Qeyri-neft sektorunda artım 9,2 faiz təşkil edib. Əhalinin pul gəlirləri 6,2 faiz çoxalaraq 3,5 faiz səviyyəsində olan inflyasiyanı üstələyib.

Nazirlər Kabinetinin bu ilin birinci yarımilliyin yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkədə qazanılan nailiyyətlərə aid bir sıra digər rəqəmləri açıqlayaraq vəziyyətin müsbət, ürəkaçan olduğunu bildirib. Prezident uğurları qeyd etməklə yanaşı, bu ya digər sahədə qarşıda duran məsələlərə diqqət yönəldib, onların da müvəffəqiyyətlə həllini tapacağını bildirib.

6 ayda ölkədə 60 minə yaxın yeni yeri açılıb, onlardan 48 mini daimidir. Prezident bu işin davamlı olmasına dair tövsiyə göstərişlər verib: “Ancaq biz bu statistikaya fikir verəndə mütləq bağlanan yerlərini diqqətdən qaçırmamalıyıq. Bilirəm ki, bəzi yerlərdə yerləri bağlanıb. Ona görə ilk növbədə bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu, statistika da açılan yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq. Bu, əslində hər bir ölkədə olan bir vəziyyətdir. İş yerləri açılır, bağlanır. Burada əsas balans məsələsidir, qədər açılıb, qədər bağlanıb”.

Yeni yerlərinin sayının artması, yoxsulluğun səviyyəsinin aşağı düşməsi sosial-iqtisadi yüksəlişi göstərən faktlardır. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni yüksək qiymətləndirirlər. Bütün tədbirlər göstərir ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır Prezident sözügedən iclasda bunu bir daha vurğulayıb.

Yaradılan sosial infrastruktur, gerçəkləşdirilən böyük layihələr həmin məqsədə xidmət edir. Bu istiqamətdə görülən işlər sırasında köhnə yolların təmiri, yenilərinin çəkilməsi, qazlaşdırmanın davam etdirilməsi, içməli suvarma suyu ilə təminat, kanalizasiya sisteminin yaradılması da var.

Ölkənin bir çox rayonlarında içməli su kanalizasiya layihələri artıq başa çatıb. Bununla belə, görüləsi işlərin hələ çox olduğu qeyd edilir. Buna görə cari ilin investisiya proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulub. Dövlət başçısı ilin sonunadək əlavə vəsaitin ayrılacağını, bunun üçün müvafiq göstərişlər verildiyini, Bakıda, digər şəhər rayonlarda işlər aparılacağını bildirib.

Hazırda Bakı sakinlərinin 78 faizi içməli su ilə fasiləsiz təmin olunur. Məqsəd bu rəqəmi 100 faizə çatdırmaqdır. Bölgələrin hər biri üçün ayrıca layihə var. Rayonların bir çoxunda layihələr artıq yerinə yetirilib. Bəzilərində isə davam edir, yaxud hazırlıq işləri aparılır. Bir sözlə, əhalinin içməli su ilə təminatı sahəsində texniki məsələlər öz həllini tapır bu işə böyük investisiyalar ayrılır.

İçməli su ilə təminat əlbəttə ki, ilk növbədəAzərsuAçıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Ancaq bununla bərabər qeyd etməliyəm ki, digər qurumlar da bu işlərlə məşğuldurlar. Ekologiya Təbii Sərvətlər Nazirliyi sutəmizləyici qurğuları quraşdırır. Məndə olan məlumata görə, bu il 90 min əhali təmin olunub, 48 məntəqədə qurğular quraşdırılıb, proqramın əvvəlindən isə 530 min insan çaylar boyu yerləşən kəndlərdə artıq bu qurğulardan istifadə edir. Bu proses davam etdirilməlidir”. Dövlət başçısı məsələni bu cür qoyub.

Meliorasiya Su Təsərrüfatı” ASC-nin xətti ilə subartezian quyuları qazılır. Bu il kəndlərdə 300 subartezian quyusu qazılmalıdır. Onlardan 170-i artıq hazırdır. Bu proqramdan 630 min insan bəhrələnəcək.

Tədbirdə su təminatından bəhs edilərkən suvarma məsələlərinə toxunulub. Bu sahədə vəziyyətin ürəkaçan olduğunu göstərmək üçün Şəmkirçay, Taxtakörpü su anbarları kimi obyektlərin tikilib istifadəyə verildiyini xatırlatmaq kifayətdir. Həmin istiqamətdə işlər davam etdirilir. Şəmkirçay dəryaçasından əkin sahələrinə gedən kanalların tikintisi sürətləndirilməlidir. Xızı rayonunda artıq kanallar tikilir. Bu il Tovuzçay Su Anbarının tikintisi başa çatıb.

Əlbəttə ki, suvarma suyu ilə bağlı məsələlər aqrar sahəyə aiddir. Lakin kənd təsərrüfatının inkişafının özü xalqın rifahını yaxşılaşdırmaq, ərzaq təhlükəsizliyi yaratmaq istiqamətində dövlətin müəyyən etdiyi prioritetlərdəndir.

Təqdirəlayiq haldır ki, bütün sosial infrastruktur layihələri ölkənin hər tərəfini, o cümlədən ucqar kəndlərimizi əhatə edir. Bu məsələdə kənd yollarının təmiri tikintisi önəm daşıyır. Təsadüfi deyil ki, bu məqsədlə həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Proses sürətlə davam edəcək. Çünki dövlət başçısının qeyd etdiyi kimi, hələ elə kəndlər var ki, orada yollar təmir olunmalı, yenidən çəkilməlidir.

Xüsusi nəzarətdə saxlanılan bir məsələ qazlaşdırmanın davam etdirilməsidir. Bu barədə Prezident İlham Əliyev demişdir: “Hər ay mənə məlumat verilir, hansı rayonda hansı kənd qazlaşdırılıb. Demək olar ki, hər ay bir neçə kənd qazlaşdırılır. Hesab edirəm ki, bu işlər daha da sürətlə aparılmalıdır. Qazlaşdırma Azərbaycanda çox yüksək səviyyədədir. Amma çalışmalıyıq ki, bu sahəni mümkün qədər daha da genişləndirək. Çünki buna böyük tələbat var”.

Bölgələrin elektrik enerjisi ilə fasiləsiz təminatı da diqqət mərkəzində olan məsələlərdəndir. Məqsəd odur ki, digər şəhər kəndlərdə elektrik enerjisi ilə təminat paytaxtın səviyyəsinə çatdırılsın. Nazirlər Kabinetinin iclasında bu mövzuya da toxunulub, bölgələrdə köhnəlmiş infrastrukturun - ötürücü xətlərin, transformatorların yenilənməsi, bütün elektrik təsərrüfatının Bakı şəhərinin səviyyəsinə qaldırılması vacib sayılıb.

Lakin Bakıda da işlər dayanmamalıdır. Çünki şəhər böyüyür, onun həm əhalisi artır, həm yeni sənaye obyektləri, idman qurğuları yaradılır, ictimai binalar tikilir. Şəhər içində şəhər - “ şəhərsalınır. Bütün bunlar əlavə enerji resursları tələb edir. Odur ki, yeni yarımstansiyalar inşa olunur, yeni elektrik stansiyaların tikilməsi məsələsi ortaya çıxır. Azərbaycan dövləti generasiya güclərinin kifayət qədər olduğuna baxmayaraq, onları yenə artırmağı nəzərdə tutur.

Qarşıda bütün sahələr üzrə həyata keçirilməsi planlaşdırılan böyük vəzifələr durur. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin hər iki nitqində, eləcə digər çıxışlarda bu vəzifələrdən ətraflı bəhs olunub. Dövlət başçısı görüləcək bütün işlərin uğurla sona çatacağına əminliyini ifadə edib: “Biz iqtisadi artımın yüksək templərini ilin sonuna qədər saxlamalıyıq. Əminəm ki, biz buna nail olacağıq. Çünki birinci altı ayda göstəricilər çox müsbətdir. Gələn altı ay ərzində elə işləməliyik ki, ili gözəl nəticələrlə başa vuraq”.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2015.- 16 iyul.- S. 1.