Azərbaycan ilə Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

 

İyulun 15-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Saken Jasuzakov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkələrimiz arasında ənənəvi dostluq qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunan görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrindəki əməkdaşlıq qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətlər, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri vurğulayıb ki, ərazilərimiz hələ işğal altında saxlanılır səbri tükənmiş Azərbaycan xalqı torpaqlarımızın tezliklə azad olunmasını tələb edir. Eyni zamanda, müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regiondakı sabitliyə təhlükə yaratdığını, problemin beynəlxalq hüququn norma prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq Silahlı Qüvvələrimizin, hərbi, müdafiə infrastrukturunun sənayesinin yüksək səviyyədə inkişafını vurğulayaraq ölkəsinin bu təcrübədən istifadə edəcəyini deyib.

Söhbət zamanı, həmçinin Azərbaycan-Qazaxıstan hərbi əlaqələrinə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstan Respublikasının ölkəmizdəki hərbi attaşesi, polkovnik Almas Bazarbayev iştirak edib.

 

Azərbaycan.- 2015.- 16 iyul.- S. 2.