Ceyms Uorlik: Ermənistan Azərbaycanın işğal altında saxladığı ərazilərindən çıxmalıdır

 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın “vedomosti.ru” portalının müxbirininErmənistan münaqişənin başlanğıcında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə daxil olmayan rayonlarından çıxmalıdırmısualına belə cavab verib: “İşğal edilmiş ərazilər kompleks nizamasalma çərçivəsində Azərbaycanın nəzarətinə qaytarılmalıdır”.

 

Beləliklə, rəsmi Vaşinqton bir fikirlə iki erməni mifini birdən zibil qutusuna tullayıb öz qəti mövqeyini təsdiq edib: Birincisi, Dağlıq Qarabağ ətrafındakı ərazilərazad edilmiş ya həttamübahisəlideyil, məhzişğal edilmişərazilərdir; İkincisi, işğalçı tərəf mifikQarabağ erməni qüvvələrideyil, məhz Ermənistandır.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 16 iyul.- S. 2.